Əməkdaşlıq gələcəkdə də davam etdiriləcək DEPUTAT DANIŞDI | Icma.az
Icma.az bildirir, Sia Az portalına istinadən. "Prezidentlərin iştirakı ilə keçirilən müştərək zirvə görüşü, şübhəsiz ki, dostluğun, qardaşlı
Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanmış bir mesajdır – əmin-amanlıq, azadlıq və qarşılıqlı hörmət mesajı.
Azərbaycan, Türkiyə və Pakistan uzun illərdir ki, qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri əsasında bir-birinin dövlət suverenliyinə və beynəlxalq hüquq çərçivəsində tanınmış mövqelərinə hörmətlə yanaşır, bu dəyərləri dünya ictimaiyyətinə də açıq şəkildə nümayiş etdirirlər".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bu üç dövlətin birliyi eyni zamanda mühüm bir güc mərkəzi kimi çıxış edir: "Belə ki, adıçəkilən ölkələrin ümumi əhalisi 350 milyondan artıqdır və onların birlikdə sahib olduqları iqtisadi potensial təqribən 1,5 trilyon ABŞ dollarına bərabərdir.
Bununla yanaşı, bu dövlətlər müasir və yüksək səviyyəli imkanlara malik hərbi qüvvələrə sahibdirlər.
Bu ölkələrin bir araya gəlməsi və öz ortaq ideyalarını beynəlxalq ictimaiyyətə bəyan etmələri, ilk növbədə, milli təhlükəsizlik, milli mənafelər, xalqların rifahı və əmin-amanlıq prinsiplərinə əsaslanır.
Bu kontekstdə keçirilmiş zirvə görüşü eyni zamanda dünyaya nümayiş etdirdi ki, dövlətlər və xalqlar birgə və həmrəy olduqda, qlobal miqyasda sülh və sabitlik üçün zəmin yaranır.
Tam oxu
Xəbəri oxu