Icma.az
close
up
RU
Əməkdaşlıq gələcəkdə də davam etdiriləcək DEPUTAT DANIŞDI

Əməkdaşlıq gələcəkdə də davam etdiriləcək DEPUTAT DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Prezidentlərin iştirakı ilə keçirilən müştərək zirvə görüşü, şübhəsiz ki, dostluğun, qardaşlığın və sağlam əməkdaşlığın bariz nümunəsidir. Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə ünvanlanmış bir mesajdır – əmin-amanlıq, azadlıq və qarşılıqlı hörmət mesajı. Azərbaycan, Türkiyə və Pakistan uzun illərdir ki, qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri əsasında bir-birinin dövlət suverenliyinə və beynəlxalq hüquq çərçivəsində tanınmış mövqelərinə hörmətlə yanaşır, bu dəyərləri dünya ictimaiyyətinə də açıq şəkildə nümayiş etdirirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu üç dövlətin birliyi eyni zamanda mühüm bir güc mərkəzi kimi çıxış edir: "Belə ki, adıçəkilən ölkələrin ümumi əhalisi 350 milyondan artıqdır və onların birlikdə sahib olduqları iqtisadi potensial təqribən 1,5 trilyon ABŞ dollarına bərabərdir. Bununla yanaşı, bu dövlətlər müasir və yüksək səviyyəli imkanlara malik hərbi qüvvələrə sahibdirlər.

Bu ölkələrin bir araya gəlməsi və öz ortaq ideyalarını beynəlxalq ictimaiyyətə bəyan etmələri, ilk növbədə, milli təhlükəsizlik, milli mənafelər, xalqların rifahı və əmin-amanlıq prinsiplərinə əsaslanır. Bu kontekstdə keçirilmiş zirvə görüşü eyni zamanda dünyaya nümayiş etdirdi ki, dövlətlər və xalqlar birgə və həmrəy olduqda, qlobal miqyasda sülh və sabitlik üçün zəmin yaranır. Bu isə bəşəriyyətin gələcəyi baxımından son dərəcə mühüm bir addımdır.

Həmin zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha vurğuladı ki, üçtərəfli əməkdaşlığımızın yeni mərhələsi başlanır və əminliklə demək olar ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcəkdir".

Millət vəkili qeyd edib ki, Prezidentlərin ortaya qoyduğu mövqelər və bu mövqelərdə əksini tapan ifadələr, şübhəsiz ki, üç dövlətin qardaşlıq və dostluq rəmzi olmaqla yanaşı, həm də ölkələrin birliyini və qarşılıqlı həmrəyliyini xarici dövlətlər üçün nümunə kimi təqdim edir: "İstər İlham Əliyevin, istər Rəcəb Tayyib Ərdoğanın, istərsə də Baş nazir Mühəmməd Şahbaz Şərifin eyni zamanda bu zirvə görüşündə iştirak etməsi, yalnız sarsılmaz dostluq və qardaşlıq nümunəsi deyil, həm də hər üç dövlətin xalqlarının xoşbəxt gələcəyinə hesablanmış strateji yanaşmanın göstəricisidir.

Əslində keçirilən bu görüşün çox böyük əhəmiyyəti vardır. Çünki burada qarşılıqlı etimada əsaslanan münasibətlər dayanır. Pakistanla əlaqələrimiz möhkəmdir. Bu dövlətlər daim Azərbaycanın yanında olduqlarını nümayiş etdirmiş, Azərbaycan da bu dövlətlərin yanında olduğunu ardıcıl şəkildə göstərmişdir. İstər 44 günlük Vətən müharibəsi, istərsə də 20 saatlıq antiterror tədbirləri zamanı bu dövlətlər mənəvi dəstəklərini Azərbaycandan əsirgəməmiş və bu dəstək bu gün də davam etdirilməkdədir.

Dövlətlər və xalqlar arasında mövcud olan dostluq münasibətləri gələcək üçün yeni imkanlar açır. Bu, həm iqtisadi inkişaf, həm də müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır"- deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri