Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Xəbər verdiyimiz kimi, 30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından sonra vəfat et
Nəsimi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda həkim barəsində hökm elan edilib.
Məhkəmənin qərarına əsasən, Sənan Mehdiyev ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qərara görə, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bu tip müəssisələrdə cəza çəkən məhkumlara isə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.
“Cebheinfo.az”-a açıqlamasında Nəzrin Mansurlunun atası Aydın Abışzadə bildirib ki, ailə məhkəmənin qərarından narazıdır: “Hakim Solmaz Mustafayeva 5 ay davam edən məhkəmə prosesində sanki sadəcə izləyici kimi iştirak etdi.
Heç bir reaksiya vermədi, nə qarşı tərəfin vəkillərinə, nə də müttəhimə sual ünvanladı.
Qızımın həyat yoldaşı Fərid, iş üzrə bir nömrəli zərərçəkəndir, məhkəmə zamanı telefona baxdığı üçün üstünə qışqırdılar.