Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əməliyyatdan sonra ölən Nəzrinin ailəsi yenə şikayətçi oldu

Əməliyyatdan sonra ölən Nəzrinin ailəsi yenə şikayətçi oldu

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, 30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından sonra vəfat etməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin məhkəmə araşdırması yekunlaşıb. 

Nəsimi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda həkim barəsində hökm elan edilib. Məhkəmənin qərarına əsasən, Sənan Mehdiyev ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Qərara görə, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bu tip müəssisələrdə cəza çəkən məhkumlara isə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.

“Cebheinfo.az”-a açıqlamasında Nəzrin Mansurlunun atası Aydın Abışzadə bildirib ki, ailə məhkəmənin qərarından narazıdır:

“Hakim Solmaz Mustafayeva 5 ay davam edən məhkəmə prosesində sanki sadəcə izləyici kimi iştirak etdi. Heç bir reaksiya vermədi, nə qarşı tərəfin vəkillərinə, nə də müttəhimə sual ünvanladı. Qızımın həyat yoldaşı Fərid, iş üzrə bir nömrəli zərərçəkəndir, məhkəmə zamanı telefona baxdığı üçün üstünə qışqırdılar.  Amma Sənan Mehdiyev tədricxanadan əli qandallı gətirilsə də, onun üçün ayrılmış şüşə kabinədə yox, qandalları açılıb vəkillərin yanında əyləşdi. Elə bil ki, məhkəmə onların evi idi, biz isə kənardan gələnlər”. 

Aydın Abışzadə qeyd edib ki, artıq məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına həm yazılı, həm də elektron şəkildə müraciət edib:

“Həm Fəridin atası, həm də şahid kimi dindiriləcək qızım zaldan çıxarıldı. 

Qızımın baldızı həkimdir, ifadə vermək istəsə də, o da məhkəməyə buraxılmadı. Bu barədə artıq Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəməyə şikayət məktubu göndərmişəm. Prokuror 4 il 9 ay iş istədi, amma hakim cəmi 2 ilə qərar verdi. Biz hazırda apellyasiya şikayəti hazırlayırıq. Amma Nəsimi Rayon Məhkəməsi hələ də qərarı elektron kabinetə yerləşdirməyib. 

Məhkəmədən 12 gün keçməsinə baxmayaraq, sənədlər portala yüklənməyib ki, biz apellyasiyaya müraciət edə bilək. 4 gündür Məhkəmə-Hüquq Şurasına yazılı şəkildə və elektron poçtla müraciət etmişəm. İstəyirəm, məhkəmənin bütün video və audio materialları izlənilsin”.

O əlavə edib ki, istintaq zamanı üç dəfə ekspertiza aparılıb və hər üç nəticə həkimin əməliyyat zamanı kobud səhvlərə yol verdiyini göstərib:

“Üç dəfə ekspertiza keçirilib, iki dəfə adi, bir dəfə komissiya ekspertizası. Hər üç nəticədə həkimin əməliyyat zamanı kobud səhvlərə yol verdiyi təsdiqlənib. Həkimin əməliyyat zamanı etdiyi kobud səhvlərə görə qızımın əməliyyatdan sonra halı pisləşib, həkim isə onunla maraqlanmayıb. Zənglərimizə cavab verməyib, “qoyun yatsın, keçəcək” deyib. Əgər dediklərini etsəydik, qızım evdə öləcəkdi. Biz son anda onu başqa yerə çatdırmağa çalışdıq ki, bəlkə nəsə edək. 

Qərarda da göstərilib ki, Nəzrin Mansurlunun ölümündə həkim təqsirli bilinir. Mənim 60 yaşım var, ilk dəfə idi məhkəmədə iştirak edirdim, belə münasibəti anlaya bilmədim. Respublika Prokurorluğunun ittihamçısı Səlim Həsənov isə çox peşəkar və obyektiv davrandı. O bizimlə birlikdə haqsızlığa qarşı mübarizə apardı”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri