Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün "Sənaye 4.0"ın tətbiqi trend deyil, təhlükəsizliyin təmin olunması, rəqəmsallaşmanın artırılması, zavodlarda istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi göstəricilərin artırılması üçün istifadə olunan həll yollarıdır".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı bildirib.
O qeyd edib ki, "SOCAR Karbamid" zavodunun "Rəqəmsal Mayak" ("Digital Lighthouse") layihəsi üzrə mükafat almasının əsas səbəbi zavodda icra olunan rəqəmsallaşma, süni intellekt, "Sənaye 4.0"ın tələblərinə uyğun bir sıra həllərin tətbiqi və nəticədə səmərəliliyin, istehsalat gücünün artırılması olub: "Mükafatın verilməsinin səbəblərindən biri plansız duruşların azaldılması və bir sıra tətbiqlərin icra olunması ilə bağlıdır.
Bu mükafat, əsasən, zavodun istismar komandasının gördüyü işlərin nəticəsi və rəqəmsal həllərin tətbiqi nəticəsində səmərəliliyin artırılması və fəaliyyətin yüksəldilməsi istiqamətində görülən işlərlə əlaqədardır.
Bu çərçivədə, layihə iki il ərzində icra olunub. 2023 və 2024-cü illərdə əsas təməllər və ondan sonra analitik həllərin tətbiqi ilə istismar
Bu dövr ərzində zavodun istehsal gücü 21%-dən çox artırılıb.
Səmərəlilik baxımından, hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı - təbii qaz yanacağı - 24%-dən çox azaldılıb.