Icma.az
close
up
RU
Emil Alxaslı: SOCAR dünyada üç dəfə Rəqəmsal Mayak mükafatını alan yeganə dövlət neft şirkətidir

Emil Alxaslı: SOCAR dünyada üç dəfə Rəqəmsal Mayak mükafatını alan yeganə dövlət neft şirkətidir

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün "Sənaye 4.0"ın tətbiqi trend deyil, təhlükəsizliyin təmin olunması, rəqəmsallaşmanın artırılması, zavodlarda istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması və iqtisadi göstəricilərin artırılması üçün istifadə olunan həll yollarıdır".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı bildirib.

O qeyd edib ki, "SOCAR Karbamid" zavodunun "Rəqəmsal Mayak" ("Digital Lighthouse") layihəsi üzrə mükafat almasının əsas səbəbi zavodda icra olunan rəqəmsallaşma, süni intellekt, "Sənaye 4.0"ın tələblərinə uyğun bir sıra həllərin tətbiqi və nəticədə səmərəliliyin, istehsalat gücünün artırılması olub:

"Mükafatın verilməsinin səbəblərindən biri plansız duruşların azaldılması və bir sıra tətbiqlərin icra olunması ilə bağlıdır. Bu mükafat, əsasən, zavodun istismar komandasının gördüyü işlərin nəticəsi və rəqəmsal həllərin tətbiqi nəticəsində səmərəliliyin artırılması və fəaliyyətin yüksəldilməsi istiqamətində görülən işlərlə əlaqədardır. Bu çərçivədə, layihə iki il ərzində icra olunub. 2023 və 2024-cü illərdə əsas təməllər və ondan sonra analitik həllərin tətbiqi ilə istismar gücünün yaxşılaşdırılması və xərclərin azaldılmasına nail olunub. Bu dövr ərzində zavodun istehsal gücü 21%-dən çox artırılıb. Səmərəlilik baxımından, hər ton karbamid istehsalı üçün istifadə olunan yanacaq sərfiyyatı - təbii qaz yanacağı - 24%-dən çox azaldılıb. Bu nailiyyəti əldə etmək üçün bir sıra həll yollarından istifadə olunub".

E.Alxaslı bildirib ki, SOCAR 2018-ci ildən bu şəbəkəyə qoşulub:

"2020-ci ildə "Petkim", 2021-ci ildə isə "Star" neft emalı zavodu bu mükafatı alıb. İndi isə Karbamid zavodu bu siyahıya daxil olub. SOCAR dünyada üç dəfə bu mükafatı alan yeganə dövlət neft şirkətidir".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri