Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əslində İmişlidə standartlara cavab verən, normal infrastruktura malik stadion var. Özü də Heydər Əliyevin adını daşıyır. Amma rayonun eyniadlı komandasının rəqiblərini orda qəbul etmək arzusu çin olmadı ki olmadı. Faktiki qaçqın həyatı yaşayan “İmişli” artıq həmin stadionda oynamaq niyyətindən əl çəkib, çünki sənədləşmə problemi var və problemi həll edən qurum da yoxdu.
Klub prezidenti Kamran Eyyubov yeni stadion tikmək planının olduğunu bildirib. Dediyinə görə, bunun üçün ilk növbədə torpaq sahəsi alınmalıdı. Düzü, Kamran bəyin bu gileyində bir məna görmədim. Ona görə ki, əmisi Yaqub Eyyubov 1999-cu ildən baş nazirin müavini, 2003-cü ildən isə 1-ci müavinidi, aça bilmədiyi qapı yoxdu. İndi nə oldu, qardaşoğluna bir torpaq sahəsinin ayrılmasında yardımçı ola bilmir? Şəxsən mənə inandırıcı gəlmir, siz isə necə istəyirsiz, elə də düşünün!
ORXAN