Əmin 27 ildi baş nazirin müavini ola, özünə stadion tapmayasan?! “İmişli”nin dərdi və sevinci
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əslində İmişlidə standartlara cavab verən, normal infrastruktura malik stadion var. Özü də Heydər Əliyevin adını daşıyır. Amma rayonun eyniadlı komandasının rəqiblərini orda qəbul etmək arzusu çin olmadı ki olmadı. Faktiki qaçqın həyatı yaşayan “İmişli” artıq həmin stadionda oynamaq niyyətindən əl çəkib, çünki sənədləşmə problemi var və problemi həll edən qurum da yoxdu.
Klub prezidenti Kamran Eyyubov yeni stadion tikmək planının olduğunu bildirib. Dediyinə görə, bunun üçün ilk növbədə torpaq sahəsi alınmalıdı. Düzü, Kamran bəyin bu gileyində bir məna görmədim. Ona görə ki, əmisi Yaqub Eyyubov 1999-cu ildən baş nazirin müavini, 2003-cü ildən isə 1-ci müavinidi, aça bilmədiyi qapı yoxdu. İndi nə oldu, qardaşoğluna bir torpaq sahəsinin ayrılmasında yardımçı ola bilmir? Şəxsən mənə inandırıcı gəlmir, siz isə necə istəyirsiz, elə də düşünün!
ORXAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 29 Yanvar 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















