Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Deputat Fazil Mustafa Milli Məclisin ötən günlərdə keçirilən plenar iclasında çıxışı zamanı təhsilimizin Xəzər dənizi kimi geri çəkildiyini bildirib.
Bəs təhsilimizin inkişafı üçün hansı dəyişikliklərə ehtiyac var?
Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, Təhsil İnstitutunun lisey və gimnaziya ilə bağlı qərarının zamanı yalnış idi: "Dəyərli millət vəkili öz çıxışı ilə subyektiv fikrini bildirib.
Lisey və gimnaziyalarla bağlı məsələdə biz də öz fikrimizi bildirdik. Qərarın özü doğru qərar idi.
Qəbul beynəlxalq təcrübədə də 6-cı sinifdən başlayır. İmtahandan 5–10 gün əvvəl qərarın verilməsi heç də doğru deyildi.
Elm və Təhsil Nazirliyi Təhsil İnstitutu ilə birlikdə müəyyən güzəştlər tətbiq edib, dəyişiklik etdi.
Mən müstəqil fəaliyyət göstərirəm, yeri gələndə tənqid, yeri gələndə müdafiə edirəm.