Icma.az
close
up
RU
Emin Əmrullayev kimi işləyən ikinci bir nazir görməmişəm AÇIQLAMA

Emin Əmrullayev kimi işləyən ikinci bir nazir görməmişəm AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Deputat Fazil Mustafa Milli Məclisin ötən günlərdə keçirilən plenar iclasında çıxışı zamanı təhsilimizin Xəzər dənizi kimi geri çəkildiyini bildirib. 

Bəs təhsilimizin inkişafı üçün hansı dəyişikliklərə ehtiyac var? 

Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, Təhsil İnstitutunun lisey və gimnaziya ilə bağlı qərarının zamanı yalnış idi:

"Dəyərli millət vəkili öz çıxışı ilə subyektiv fikrini bildirib. Lisey və gimnaziyalarla bağlı məsələdə biz də öz fikrimizi bildirdik. Qərarın  özü doğru qərar idi. Qəbul beynəlxalq təcrübədə də 6-cı sinifdən başlayır. İmtahandan 5–10 gün əvvəl qərarın verilməsi heç də doğru deyildi. Elm və Təhsil Nazirliyi Təhsil İnstitutu ilə birlikdə müəyyən güzəştlər tətbiq edib, dəyişiklik etdi. Mən müstəqil fəaliyyət göstərirəm, yeri gələndə tənqid, yeri gələndə müdafiə edirəm. Elm və Təhsil Nazirliyinin hazırda gördüyü işləri alqışlayıram. Alqışlamağıma səbəb var. Çünki nazirliyin təhsil üçün son illərdə atdığı faydalı addımlar danılmazdır. Elə aura formalaşdırmışıq ki, sanki təhsilimiz mükəmməl formada idi, son 3-5 ildir ki, batır. Bizim təhsilimiz yaxın 10-15 il ərzində bərbad vəziyyətdə idi. Son 3-4 ildir təhsilimizdə inkişaf müşahidə olunur".

Ekspert hesab edir ki, təhsildə müşahidə olunan inkişaflar var.

"Müəllimlərin işə qəbulu əvvəl rüşvətlə idi, hazırda isə proses imtahanla həllini tapır. Sertifikasiya imtahanı əvvəlki illərdə pedaqoji ixtisası müəllim olmayanları bizə göstərdi. Bunun nəyi pisdir? Bunu ayaqda alqışlamayaq? Orta ümumtəhsil məktəblərinə 1-ci sinif qəbulu elektron formada həyata keçirilir. Əvvəllər rüşvət verib uşağımızı məktəbə qoyurduq. Məktəblərdə yerdəyişmələr elektron formada həyata keçirilir. Direktorların işə qəbulu əvvəl rüşvətlə həyata keçirilirdi, amma indi imtahanda iştirak edirlər. Təhsilimiz əvvəlimi batmışdı, indimi batır?

Bağçalar, məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətinin nəzdində idi, biabırçı vəziyyət idi. Təmizlənmə işləri aparılır. Yaxın günlərdə bizi Respublika Fənn Olimpiadasının Biologiya fənni üzrə final mərhələyə nazirlik dəvət etmişdi. Final mərhələsində suallar test üsulu ilə deyildi. Suallar tətbiqlə idi. Şagirdə məhlullar veriblər ki, tətbiq et. Əvvəllər bu, sualların cavablandırılması ilə idi. Əvvəl universitetlərdə rüşvət əlindən tərpənmək olmurdu. Hazırda nazirliyin innovasiya, olimpiada ilə bağlı layihələri var. Xaricdə təqaüdlə təhsil alınması üçün əlaqələr qurulur".

Nurəliyev təhsilimizdəki mənfiləri də dilə gətirdi.

*Ali təhsil müəssisələrinə hazırlıq istiqamətində vəziyyət bərbaddır. Məktəblərdə şagirdə kömək demək olar ki, yox vəziyyətindədir. Uşaqlar kurslara, repetitor yanına gedirlər. Emin Əmrullayev orta məktəblərdə yuxarı sinif şagirdlərinin təhsil sistemində dəyişiklik edərsə, adı qızıl hərflərlə tarixə yazılar. Bunu o dəfə qeyd etmişdim. Təhsil pisdir deyib, Emin Əmrullayevin üstünə gedirlər. Mən Emin Əmrullayev kimi işləyən ikinci bir nazir görməmişəm. Adam işini görür. Əksiklərimiz əlbəttə var, düzəlməlidir. Yuxarı siniflərin tədris prosesi dəyişdirilməlidir. Çünki valideyn pulsuz təhsildə əlavə pul verib oxudursa, narazı qalacaq. Biz bunu düzəltməliyik", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyun 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri