Icma.az, Qol.az portalına istinadən məlumat verir. “Əminəm ki, o, “Qarabağ”ın əsas oyunçularından biri olacaq” - İspan agent Hazırda futbol
“Qarabağ”ın düşərgəsində oldunuzmu? Qurban Qurbanovla görüşdünüzmü? - Bəli, “Qarabağ”ın düşərgəsində iki-üç dəfə olmuşam.
Onların Özbəkistanın “Neftçi” klubuna qarşı oyununu (5:0) izləmişəm. Həmin qarşılaşmada çox yaxşı oynadılar.
Baxmayaraq ki, bu, yoldaşlıq oyunu idi, “Qarabağ” həqiqətən keyfiyyətli futbol nümayiş etdirdi.
Təbii ki, Qurban Qurbanovla görüşüb onu salamlamaq imkanı da oldu. - “Qarabağ”la əməkdaşlığınız davam edəcəkmi?
Kluba yeni futbolçular təklif etmisinizmi? - Ümid edirəm ki, birgə əməkdaşlığımızı davam etdirə biləcəyik.
Klubun heyəti gücləndirmək üçün hansı profildə futbolçular axtardığını çox yaxşı anlayıram.
Məhz bu profillərə uyğun oyunçular tapmağa çalışıram. Axtarışlar davam edir.