Icma.az
close
up
RU
“Əminəm ki, o, “Qarabağ”ın əsas oyunçularından biri olacaq” İspan agent

“Əminəm ki, o, “Qarabağ”ın əsas oyunçularından biri olacaq” İspan agent

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Əminəm ki, o, “Qarabağ”ın əsas oyunçularından biri olacaq” - İspan agent

Hazırda futbol agenti kimi çalışan, daha əvvəl Bakı “İnter”ində (indiki “Şamaxı”) çıxış etmiş sabiq ispaniyalı yarımmüdafiəçi Mikel Alvaronun müsahibəsi

- Klubları izləmək üçün Türkiyəyə getmişdiniz. “Qarabağ”ın düşərgəsində oldunuzmu? Qurban Qurbanovla görüşdünüzmü?

- Bəli, “Qarabağ”ın düşərgəsində iki-üç dəfə olmuşam. Onların Özbəkistanın “Neftçi” klubuna qarşı oyununu (5:0) izləmişəm. Həmin qarşılaşmada çox yaxşı oynadılar. Baxmayaraq ki, bu, yoldaşlıq oyunu idi, “Qarabağ” həqiqətən keyfiyyətli futbol nümayiş etdirdi. Təbii ki, Qurban Qurbanovla görüşüb onu salamlamaq imkanı da oldu.

- “Qarabağ”la əməkdaşlığınız davam edəcəkmi? Kluba yeni futbolçular təklif etmisinizmi?

- Ümid edirəm ki, birgə əməkdaşlığımızı davam etdirə biləcəyik. Klubun heyəti gücləndirmək üçün hansı profildə futbolçular axtardığını çox yaxşı anlayıram. Məhz bu profillərə uyğun oyunçular tapmağa çalışıram. Axtarışlar davam edir.

- Hazırda müştərilərinizdən biri – Coni Montiel “Qarabağ”da çıxış edir. O, indi yaxşı formadadır. İspaniya La Liqasında oynamasını nəzərə alsaq, ondan irəliləyiş gözlənilirdi. Bu barədə nə düşünürsünüz? Sizcə, o, “Qarabağ”ın əsas oyunçularından birinə çevriləcəkmi?

- Mən ilk gündən demişdim ki, Cioniyə adaptasiya üçün vaxt lazım olacaq. Çünki o, bir müddət oynamamışdı, yeni komanda yoldaşlarına qoşulmuşdu və İspaniyadan kənarda ilk transferini yaşayırdı. Amma mən həmişə onun səviyyəsinə inanmışam və bilirdim ki, oyun dəqiqələri və matçlar artdıqca inkişaf edəcək. Hazırda o, çox yaxşı vəziyyətdədir və əminəm ki, mövsümün qalan hissəsində “Qarabağ”ın əsas oyunçularından biri olacaq.

- O, Özbəkistan klubuna qarşı oyunda “Qarabağ” üçün möhtəşəm qol vurdu. Sizcə, bu cür qolları davamlı şəkildə, xüsusən Çempionlar Liqasında Almaniyanın “Ayntraxt”ı və İngiltərənin “Liverpul”una qarşı oyunlarda da vura bilərmi?

- Montirl “Neftçi”nin qapısına əla qol vurdu. O, cərimə meydançası ətrafında oynayarkən çox həlledici ola bilən futbolçudur: son ötürmə üçün əla baxışı və inanılmaz zərbəsi var. Meydanda olduğu zaman bunları nümayiş etdirir. Ümid edirəm ki, Çempionlar Liqasında da belə bir qol vuracaq və komandaya qələbə qazandırmağa kömək edəcək.

- Digər Azərbaycan klubları ilə də əməkdaşlıq edəcəksinizmi? Başqa bir müştəriniz İsaak Amoa “Qəbələ”də çıxış edir. Onun haqqında nə deyə bilərsiniz? Yoxsa sizin üçün əsas fiqur Montieldirmi?

- Mən “Qəbələ” ilə də işləyirəm, çünki Hayme Sierra və Amoa ilə müqavilə imzalamışıq. Hayme “altı nömrə” mövqeyində oynayan keyfiyyətli və dözümlü futbolçudur. Komanda hər zaman stabil qələbələr qazanmadığı üçün o, statistikada bəzən ön plana çıxmır, amma çox güclü mövsüm keçirir. Amoanın da çox yaxşı səviyyədə çıxış etdiyini düşünürəm. İstərdim ki, liqaya daha çox ispaniyalı futbolçu cəlb edim və çempionatın ümumi səviyyəsinin yüksəlməsinə töhfə verim.

Mənbə: azerisport.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qol.az
archiveBu xəbər 20 Yanvar 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri