Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 21 noyabr, Tamilla Məmmədova, AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənin yaşıl enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq.
Şübhəsiz ki, bu beynəlxalq konfransda yaşıl enerjiyə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək.
Azərbaycan gələcəkdə ölkənin iqtisadi inkişafına dəstək olacaq yaşıl enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək.
Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensialı var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması yaşıl enerjinin yeni dövrünün başlanğıcı olacaq.Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını bərpaolunan enerji üzrə iordaniyalı ekspert Əmirə əl-Umeyr cavablandırır.
- COP29 hansı mühüm dəyişikliklərə səbəb olacaq? Sizcə, bu konfransda hansı nəticələr əldə ediləcək?- COP29 davamlı gələcəyin axtarışında dö
Bu kimi konfranslar ölkələri iqlim məqsədlərinə çatmaq məqsədi ilə bir araya gətirmək üçün çox vacibdir.
Bu konfranslar ümumi problemlərin həlli və qlobal istiləşmənin təhlükəsiz səviyyələrlə məhdudlaşdırılması yollarının müəyyən edilməsi məsələlərini müzakirə edir.