Əmisi oğlu ilə arvadını yataqda tutdu, oğlanı asdı | Icma.az
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xaçmazda kişi arvadı ilə 19 yaşlı əmisi oğlunu yataqda tutduğu üçün ikincini asıb.
Gununsesi.info xəbər verir ki, Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.
Belə ki, Tural Heydərov (ad şərtidir) 1994-cü ildə Xaçmazda anadan olub. 2016-cı ildə Aytac Quliyeva (ad şərtidir) ilə ailə həyatı qurub.
2005-ci il təvəllüdlü əmisi oğlu Ramin Heydərov (ad şərtidir) onlara tez-tez gəlirmiş.
Aprel 22-si səhər erkən durub evdən çıxacağı üçün arvadı ilə ayrı otaqlarda qalıblar. Tural sübh tezdən telefonun zənginə yuxudan ayılıb.
Aytacın yatdığı otağa girəndə əmisi oğlu Ramini arvadı ilə bir yerdə görüb.
Bunu gördükdən sonra qonşuluqda yaşayan atası Elçin Heydərovu zəng edərək çağırıb.
Tam oxu
Xəbəri oxu