Icma.az
close
up
RU
Əmisi oğlu ilə arvadını yataqda tutdu, oğlanı asdı

Əmisi oğlu ilə arvadını yataqda tutdu, oğlanı asdı

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaçmazda kişi arvadı ilə 19 yaşlı əmisi oğlunu yataqda tutduğu üçün ikincini asıb.

Gununsesi.info xəbər verir ki, Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində aparılıb.

Belə ki, Tural Heydərov (ad şərtidir) 1994-cü ildə Xaçmazda anadan olub. 2016-cı ildə Aytac Quliyeva (ad şərtidir) ilə ailə həyatı qurub. 2005-ci il təvəllüdlü əmisi oğlu Ramin Heydərov (ad şərtidir) onlara tez-tez gəlirmiş. Aprel 22-si səhər erkən durub evdən çıxacağı üçün arvadı ilə ayrı otaqlarda qalıblar. Tural sübh tezdən telefonun zənginə yuxudan ayılıb. Aytacın yatdığı otağa girəndə əmisi oğlu Ramini arvadı ilə bir yerdə görüb.

Bunu gördükdən sonra qonşuluqda yaşayan atası Elçin Heydərovu zəng edərək çağırıb. Atasının köməyi ilə Raminin qaçmaması üçün onun əl və ayaqlarını sintetik iplə bağlayıb 2 saat yataq otağında saxlayıblar. Bu müddət ərzində onu daimi yumruq və təpiklə döyüblər. Daha sonra əmisi oğlunun boynuna kəndirlə ip salaraq mətbəx otağında asaraq öldürüblər.

Hadisə üzrə Tural Heydərov və atası Elçin Heydərov təqsirləndirilən şəxslər qismində tutularaq məhkəməyə göndərilib.

Onlar Azərbaycan Respublikası CM-nin 120.1, 145.2.3 və 145.2.4-cü (insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Tural Heydərov özünü təqsirli bilib. O ifadəsində göstərib ki, əmisi oğlundan heç zaman şübhələnməyib:

“Ramin qohum kimi bizə gəlib-gedirdi. Heç vaxt onda şübhəm olmayıb. Hadisə olan gün gecə Ramini arvadım Aytacla birlikdə yataq otağında tutdum. Həmin gecə səhər tezdən mal bazarına gedəcəyimə görə uşaqları tezdən narahat etməmək üçün özü qonşu otaqda tək yatdım. Telefonun səsinə oyanıb Aytacın yatdığı otağa keçəndə Ramini 2 çarpayının arasında uzanmış görüb şoka düşdüm. Atamı çağırdım. Atam gələndə onun əl-qolunu iplə bağladım. Atam Raminə heç nə etməməyimi, polisə verməyimi dedi. Atamla razılaşmadım. Mənə mane olmasın deyə atamı evdən göndərdim.

Ramin mənə dedi ki, sən öldürməsən, mən özümü öldürəcəm. Əllərini bağladığım ipi kəsərək onun boynuna bağladım. Mətbəxdə divardakı arakəsmədən onu asdım”.

Məhkəmə baxışı zamanı iş üzrə digər təqsirləndirilən Elçin Heydərov ifadəsində özünü təqsirli bildiyini deyib:

“Hadisə baş verən günü gecə saat 3-də Tural mənə zəng edərək tüfəngi və 2 patron gətirməyimi istədi. Turalın evinə gəldikdə gördüm ki, qardaşım oğlu Ramin gəlininin yataq otağında iki çarpayının arasında uzanıb. Gördüklərimdən dəhşətə gəldim və Raminə sillə vurdum. Bundan sonra Tural həyətdən ip götürüb Raminin əl-ayağını bağladı. Turala onu vurmamasını, həm Raminin, həm də gəlinin ailəsini çağırıb baş verənləri onlara danışmasını və polisə məlumat verməsini dedim. Turalın uşaqları səs-küyə oyanıb ağladıqları üçün uşaqları öz yaşadığım evə apardım. Bir az sonra Tural zəng edib Raminin özünü öldürdüyünü dedi. Belə hadisənin baş verəcəyini bilsəydim, evdən çıxıb getməzdim, bu bir ailənin faciəsidir”.

Məhkəmədə şahid qismində dindirilmiş Aytac Quliyeva deyib ki, Turalla ailə həyatı qurana qədər Raminlə heç bir münasibəti olmayıb:

“Raminlə “Whatsapp” vasitəsilə danışmışam. Ramin yazıb dedi ki, məndən xoşu gəlir. Mən də evli və uşaqlarımın olduğu üçün bu işin alınmayacağını dedim. Hadisə baş verən gecə Ramin zəng edib üz-üzə söz demək istədiyini, mənə görə bizim evə gələcəyini dedi. Raminə gəlməməsini dedim. Amma o, gecə saat 12-də bizə gəldi. Ramin mənim otağıma girdi. Ona çıxmasını dedim, çıxmadı. Dedi ki, sözümü sabah deyəcəm. Bundan sonra, Ramin otaqdakı yataqların arasında gizləndi. Gecə 2-3 arasında Turalın telefonuna zəng gəlib, bu zəngin səsinə Tural otağa daxil olub və Ramini gördü”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə hadisədə təqsirləndirilən Tural Heydərov 11 il, atası Elçin Heydərov isə 3 il müddətində azadlıqdan məhrum edilib.

(Bakupost)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Noyabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri