Emoməli Rahmon Bakıya gəldi YENİLƏNİB

14.10.2026

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Adalet.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

*** 15:14

Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.

Adalet.az xəbər verir ki, Emoməli Rahmon artıq Azərbaycana yola düşüb.

Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq.

Xatırladaq ki, AQEM-in VII sammiti təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью