Emoməli Rahmon Bakıya gəldi YENİLƏNİB
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
Adalet.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
*** 15:14
Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.
Adalet.az xəbər verir ki, Emoməli Rahmon artıq Azərbaycana yola düşüb.
Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq.
Xatırladaq ki, AQEM-in VII sammiti təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 14 Oktyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















