Empire State Building ə qalxan cütlüyün işi ağırlaşdı

15.11.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prokurorluğu Nyu-Yorkdakı “Empire State Building” göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib.

Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, prokurorluq əvvəlcə cütlüyə yüngül hüquq pozuntusunu etiraf etmək müqabilində ictimai işlər cəzası təklif edib. Lakin sonradan bu təklif geri götürülüb və işin ağır cinayət ittihamları ilə davam etdirilməsi qərara alınıb.

Bu səbəbdən Kuznetsov və Nikolau həbs cəzası, eləcə də Rusiyaya deportasiya təhlükəsi ilə üzləşiblər.

Qeyd edək ki, iyulun 1-də İvan və Ancelina “Empire State Building” göydələninin zirvəsinə dırmaşaraq orada nişanlanıblar. Onlar binanın başında üzərində “Sevginin gücü hakimiyyət sevgisinə qalib gələndə dünya sülhü tanıyacaq” sözləri yazılmış banner açıblar. Göydələndən endikdən sonra cütlük polis tərəfindən saxlanılıb. Onlara səkkiz maddə üzrə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью