Empire State Building ə qalxan cütlüyün işi ağırlaşdı
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prokurorluğu Nyu-Yorkdakı “Empire State Building” göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib.
Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib.
Vəkilin sözlərinə görə, prokurorluq əvvəlcə cütlüyə yüngül hüquq pozuntusunu etiraf etmək müqabilində ictimai işlər cəzası təklif edib. Lakin sonradan bu təklif geri götürülüb və işin ağır cinayət ittihamları ilə davam etdirilməsi qərara alınıb.
Bu səbəbdən Kuznetsov və Nikolau həbs cəzası, eləcə də Rusiyaya deportasiya təhlükəsi ilə üzləşiblər.
Qeyd edək ki, iyulun 1-də İvan və Ancelina “Empire State Building” göydələninin zirvəsinə dırmaşaraq orada nişanlanıblar. Onlar binanın başında üzərində “Sevginin gücü hakimiyyət sevgisinə qalib gələndə dünya sülhü tanıyacaq” sözləri yazılmış banner açıblar. Göydələndən endikdən sonra cütlük polis tərəfindən saxlanılıb. Onlara səkkiz maddə üzrə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 Noyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















