Emreli “Nürnberq”də son oyununa çıxır

18.05.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında 34-cü tur oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komanda səfərdə "Ayntraxt Braunşvayq"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 17:30-da başlayacaq. 

Mahir də bu matçda iştirak edəcək. O, oyuna start heyətdə başlayacaq. 

Bu, Almaniyanın 2-ci Bundesliqasında son turun görüşüdür. Emreli isə mövsüm sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun "Nürnberq"də son oyunudur. 

Qeyd edək ki, hazırda "Nürnberq" turnir cədvəlində 45 xalla 10-cu, "Ayntraxt Braunşvayq" isə 35 xalla 16-cıdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью