Emreli “Nürnberq”də son oyununa çıxır
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında 34-cü tur oyununa çıxacaq.
QOL.az xəbər verir ki, komanda səfərdə "Ayntraxt Braunşvayq"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 17:30-da başlayacaq.
Mahir də bu matçda iştirak edəcək. O, oyuna start heyətdə başlayacaq.
Bu, Almaniyanın 2-ci Bundesliqasında son turun görüşüdür. Emreli isə mövsüm sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun "Nürnberq"də son oyunudur.
Qeyd edək ki, hazırda "Nürnberq" turnir cədvəlində 45 xalla 10-cu, "Ayntraxt Braunşvayq" isə 35 xalla 16-cıdır.

Mahir Emrelili Nürnberq novbəti oyununa çıxır
06 Dekabr 2024 15:40
Mahir Emreli Nürnberq də əsas heyətə qayıdır?
05 Mart 2025 09:47
Mahir Emreli Nürnberq də ən yaxşı göstəricisini təkrarladı
27 Aprel 2025 10:01
Mahir Emreli oynadı, Nürnberq ...
20 Yanvar 2025 03:24
Anam “Nürnberq”də növbəti qolu vurmağımı gözləyirsə... Mahir Emreli
05 Dekabr 2024 15:30

