Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
XX əsrdə bəşəriyyətə qarşı ən dəhşətli hadisələrdən olan Xocalı soyqırımının 33 ili tamam olur.
Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq hər iki valideynini itirib.
İllərdir “Böyüməyən uşaqlar” kimi xatırladığımız 25 uşaq bu gün böyüyüb və onlardan bəiləri artıq Xocalının ilk sakinləridir.
Soyqırımında hər iki valideynini itirənlərin içərisində Yasəmən və Əfsanə Hüseynova, onların qardaşı Murad Hüseynov da var.
Hüseynova Yasəmən Tofiq qızı 1980, bacısı Əfsanə 1981, qardaşı Murad isə 1983-cü ildə doğulublar. Onların üçü də Bakıda məskunlaşıblar.
Yasəmən Hüseynova Modern.az-a açıqlamasında bildirib ki, Xocalı bu gün azaddır və bu xoşbəxtliyi bizə yaşadan Prezidentimiz İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə həmişə minnətdar olacağıq: “Mən ilk növbədə Prezidentimiz İlham Əliyev cənablarına, şəhidlərimizə minnətdaram.
Çünki onlar bizim ana-atamızın, əmilərimizin, bibilərimizin qanını yerdə qoymadılar.