Icma.az
close
up
RU
Ən böyük arzum anamın qəbrini tapmaqdır

Ən böyük arzum anamın qəbrini tapmaqdır

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

XX əsrdə bəşəriyyətə qarşı ən dəhşətli hadisələrdən olan Xocalı soyqırımının 33 ili tamam olur. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq hər iki valideynini itirib. 

İllərdir “Böyüməyən uşaqlar” kimi xatırladığımız 25 uşaq bu gün böyüyüb və onlardan bəiləri artıq Xocalının ilk sakinləridir.

Soyqırımında hər iki valideynini itirənlərin içərisində Yasəmən və Əfsanə Hüseynova, onların qardaşı Murad Hüseynov da var. Hüseynova Yasəmən Tofiq qızı 1980, bacısı Əfsanə 1981, qardaşı Murad isə 1983-cü ildə doğulublar. Onların üçü də Bakıda məskunlaşıblar.

Yasəmən Hüseynova Modern.az-a açıqlamasında bildirib ki, Xocalı bu gün azaddır və bu xoşbəxtliyi bizə yaşadan Prezidentimiz İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə həmişə minnətdar olacağıq:

“Mən ilk növbədə Prezidentimiz İlham Əliyev cənablarına, şəhidlərimizə minnətdaram. Çünki onlar bizim ana-atamızın, əmilərimizin, bibilərimizin qanını yerdə qoymadılar. Allah qazilərimizin canını sağ etsin, onları heç vaxt unuda bilmərik. Biz həmin gecə hər iki valideynimizi və bütün doğmalarımızı şəhid vermişik, amma mən bu gün özümü yenə də xoşbəxt sayıram. Çünki mənim şəhidlərimin ruhu 2023-cü ildən bəri şaddır, onlar da bu azadlığı hiss edir, duyur, bilirlər ki, torpağımız erməni tapdağı altından azad edilib".

Yasəmən xanım deyir ki, onun üçün Xocalıya qayıtmaq çox çətindir:

"Çünki hər kəs istəyər ki, ata yurduna, ana vətəninə gedəndə onu əzizləri qarşılasın, amma çox təəssüflər olsun ki, biz onları 33 il əvvəl elə o torpaqlarda şəhid verib, vətəndən getmək məcburiyyətində olmuşuq. Mən şəhid verdiyim yaxınlarımın 33 ildir ki, Xocalıda səslərin, nəfəslərin duya bilmirəm, həmin gün qədər əzizlərim – nənəm, babam, əmi, xala, xalamın iki övladı şəhid oldu. Mənim yeganə təsəlli yerim atamın qəbridir o da Şəhidlər xiyabanındadır. Xocalıda bu gün qazıntı, bərpa işləri getdikcə torpağın altında kütləvi məzarlıqlar tapılır. Bir ümidim var ki, anamın da məzarı olsun. İnşallah da arzularıma çatacam. Bu faciədən 33 il keçib, bu gün o faciənin şahidi olanların əksəriyyəti artıq dünyada yoxdular. Arzum buna baxmayaraq, nə olursa olsun Xocalı faciəsinin unudulmamasıdır, biz də nəvələrimizə danışaq, onlar da öz övladlarına. Xocalı sadəcə 26 fevral günü xatırlanan hadisə olmamalıdır, Xocalı hər gün yada düşməli, nəsildən-nəsilə bu günlər öyrədilməli, aşılanmalıdır”.

Xatırladaq ki, Yasəmən Həsənovanın atası  Tofiq Hüseynov öz həyatını Xocalı şəhərinin mühafizəsinə qurban verib. O, göstərdiyi qəhrəmanlığa görə, Milli Qəhrəman adını alıb.

Onun anası isə həyat yoldaşını görmədən evlərini tərk etməyib və ermənilər tərəfindən  güllələnib.

Yasəmən özü həmin dəhşətdən donaraq, güllə yağışı altında gecə səhərədək yol qət etməklə xilas ola bilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri