Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. Azərbaycan “StartupBlink” reytinqində Mərkəzi Asiya regionunda ən yüksək göstəriciyə n
Nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb.
Respublikamız reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub.
“Ən Böyük Qlobal İrəliləyiş” mükafatı Azərbaycanın innovasiya siyasəti operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib.
“StartupBlink”in hesabatında qeyd edilir ki, İRİA-nın fəaliyyəti nəticəsində ölkədə innovasiya infrastrukturu and startap siyasəti əhəmiyyətli dərəcədə inkişaf edib.
Vurğulanır ki, İRİA-nın innovasiya sahəsində liderliyi və dayanıqlı startap ekosistemi qurub.
Rəqəmsal reytinqlərdə davamlı irəliləyişlər Azərbaycan son illərdə rəqəmsal innovasiya ekosisteminin inkişafına xüsusi diqqət yetirir və beynəlxalq təcrübəni mənimsəyərək ən qabaqcıl alətləri tətbiq edir.
Rəqəmsallaşma ilə bağlı qabacıl Avropa və Asiya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində respublikamız qlobal miqyasda rəqabət qabiliyyəti innovasiya indeksləri üzrə mövqeyini artırır.