Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Ən böyük qlobal irəliləyiş”

“Ən böyük qlobal irəliləyiş”

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan “StartupBlink” reytinqində Mərkəzi Asiya regionunda ən yüksək göstəriciyə nail olub

İnnovasiya iqtisadiyyatı üzrə mühüm araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “StartupBlinkStartup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Respublikamız reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub. “Ən Böyük Qlobal İrəliləyiş” mükafatı Azərbaycanın innovasiya siyasəti operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib. “StartupBlink”in hesabatında qeyd edilir ki, İRİA-nın fəaliyyəti nəticəsində ölkədə innovasiya infrastrukturu and startap siyasəti əhəmiyyətli dərəcədə inkişaf edib. Vurğulanır ki, İRİA-nın innovasiya sahəsində liderliyi və dayanıqlı startap ekosistemi qurub.

Rəqəmsal reytinqlərdə davamlı irəliləyişlər

Azərbaycan son illərdə rəqəmsal innovasiya ekosisteminin inkişafına xüsusi diqqət yetirir və beynəlxalq təcrübəni mənimsəyərək ən qabaqcıl alətləri tətbiq edir.  Rəqəmsallaşma ilə bağlı qabacıl Avropa və Asiya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində respublikamız qlobal miqyasda rəqabət qabiliyyəti innovasiya indeksləri üzrə mövqeyini artırır. Ölkəmiz Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları”, BMT-nin “E-Hökumət müayinəsi” hesabatlarında mövqeyini yaxşılaşdıraraq bir neçə pillə yüksəlib. Həmçinin Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) hesabatında yüksək nəticələr əldə edib.

Eləcə də BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Transsərhəd kağızsız ticarət” indikatoru üzrə hər il açıqlanan beynəlxalq reytinqində Azərbaycanın mövqeyi MDB və region ölkələri arasında ən üst sırada yer alıb.  Ölkəmiz, həmçinin ötən il nəşr edilən “Qlobal İnnovasiya İndeksi”ndə innovasiya fəaliyyətinin səmərəliliyinə görə, irəliləyiş əldə edib və göstəricilərini 4 pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Azərbaycan “innovasiya resursları” alt indeksi üzrə isə 76-cı yerdə qərarlaşıb. Habelə beynəlxalq kibertəhlükəsizlik reytinqində (Global Cybersecurity Index. 2024) Azərbaycan 93,76  xal toplamaqla öz mövqeyini yüksəldib. 194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb.

Rəqabətqabiliyyətli startap modeli

İnnovasiya və rəqəmsal inkişafın göstəricisi olan olan “StartupBlink” reytinqi Azərbaycanın rəqəmsal uğurunun növbəti təzahürü hesab edilə bilər. Hər il dərc edilən “StartupBlink Startup EcosystemAwards” və “StartupBlink” platforması qlobal alqoritmlərə əsaslanan innovasiya reytinqi sayılır. Reytinq tədqiqatı 40 parametr əsasında müəyyənləşdirilir. Həmin parametrlərdən ən mühüm və hesabat reytiniqini müəyyən edən indikatorlardan biri startapların inkişafıdır. İnnovasiya modelinin mühüm atributlarından biri hesab edilən strataplar Azərbaycanda ekosistemin mükəmməl nümunələrindən biri kimi özünü doğrultmaqdadır. Bir neçə ildir ki, fəaliyyət göstərən “Startap Azərbaycan” platforması startaplar, investorlar, maliyyə fondları, yeni rəqəmsal alətlərə dəstək verməklə gənc biznes komandasının təşviqinə, böyüməsinə səbəb olmaqdadır. Bunun nəticəsidir ki, süni intellektin atributlarından biri olan bu layihələrə qoşulan gənc istedadların sayı durmadan artır. 2022-2024-cü illər ərzində yerli startaplarımız müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər.

Startaplar uğurlu biznes layihəsi kimi kiçik və orta biznesi (KOB) də xüsusi innovasiyalara təşviq edir, yeni təşəbbüslərə qoşur. Bunun nəticəsidir ki, ölkəmizdə  “Startap” şəhadətnaməsi almaq istəyən biznes icmasını sayı dayanmadan artır. 2025-ci ilin birinci yarısında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib ki, Ekspertlər Şurası 27 biznes təmsilçisinin “Startap” şəhadətnaməsi ilə təmin edilməsinə razılıq verib. Şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir. Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət göstərir. Şəhadətnamə almış sahibkarların 4-ü qadındır.

“StartupGenome” hesabatında yüksək mövqe

Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qazanmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub.

Dünya ölkələrinin innovasiya ekosisteminin təhlilini aparan “StartupGenome” şirkətinin bir müddət əvvəl açıqladığı 2025-ci il üzrə hesabatda Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində 25 ölkə arasında yer alır. Bu uğurlu göstəricilər bir daha Azərbaycanın startap platformasının qabaqcıl model kimi inkişaf edərək rəqabətli insan kapitalının formalaşmasında mühüm rolunu göstərir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri