Ən inkişaf etmiş 4 teleskop da eyni fikirdədir: Yerə yaxınlaşan bir anomaliya var FOTO | I…
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq. Ulduzlararası yeni bir qonaq Günəş Sisteminə daxil olub.
3I/ATLAS adlı quyruqlu ulduz hazırda dünyanın ən inkişaf etmiş dörd teleskopu - TESS, James Webb, Hubble və SPHEREx tərəfindən birgə müşahidə olunur.
Onun qeyri-adi dərəcədə erkən aktivləşməsi, yüksək karbondioksid miqdarı və nəhəng qaz-toz buludu elm adamlarının diqqətini çəkib.
Bu cisim Yerə yaxınlaşdıqca, ulduzlararası obyektlər haqqında mövcud bilikləri köklü şəkildə dəyişə bilər.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 2025-ci ilin ortalarında aşkar edilən və ulduzlararası mənşəli olduğu müəyyənləşdirilən 3I/ATLAS, Günəş Sisteminə çatan üçüncü ulduzlararası obyekt kimi qeydə alınıb.
Teleskoplardan əldə edilən yeni məlumatlar isə olduqca diqqətçəkicidir.
Cisim rəsmi olaraq 1 iyul 2025-də təsbit edilsə də, TESS-in arxiv məlumatlarının araşdırılması may ayında ilk izlərinin qeydə alındığını göstərib.
Həmin dövrdə obyekt Yer kürəsindən təxminən 6 astronomik vahid (AU) məsafədə - Yupiter orbitinin o biri tərəfində idi.
Tam oxu
Xəbəri oxu