Ən məşhur müğənni pişiyindən yoxsul kasıb oğlan a ƏRƏ GEDİR FOTOlar | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Teylor Svift dünyanın kommersiya cəhətdən ən uğurlu ifaçılarından biridir.
Müxtəlif illərdə onun sevgililəri arasında "Twilight" ulduzu Teylor Lotner, yeddi "Qremmi" mükafatı laureatı Con Meyer, "Oskar"a namizəd Ceyk Cillenhol, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin nəvəsi Konner və digər tanınmış simalar olub.
Ancaq bütün bu sınaqlardan yalnız bir idmançı - NFL-in canlı əfsanəsi Trevis Kelsi keçə bilib.
Milli.Az bildirir ki, Trevis "Kansas-Siti Chiefs" klubunda çıxış edir və müasir dövrün ən yaxşı tayt-endlərindən biri hesab olunur.
Trevisin üç çempionluq üzüyü var, o, dəfələrlə müxtəlif simvolik yığmalara salınıb, saysız-hesabsız rekordları var, hətta onu "Saturday Night Live" şousuna da dəvət ediblər.
Ədalətli olsaq, Kelsi hələ Sviftlə münasibətlərindən əvvəl məşhur idi.
Amma onların sevgisi ictimaiyyətə açılandan sonra Trevisin populyarlığı bütün sərhədləri aşdı.
Məsələn, Teylorun ilk dəfə "Chiefs" oyununun tribunalarında göründüyü həmin qarşılaşmadan sonra: Kelsinin cərsi satışları 400% artdı; futbolçunun sosial şəbəkələrdə izləyici sayı 400 min nəfər çoxaldı; Trevisin qardaşı Ceysonla (o da futbolçudur) apardığı podkast Apple reytinqlərində birinci yerə çıxdı; həmin "Chiefs" oyununu 24 milyondan çox insan izlədi.
Tam oxu
Xəbəri oxu