Icma.az
close
up
RU
Ən məşhur müğənni pişiyindən yoxsul kasıb oğlan a ƏRƏ GEDİR FOTOlar

Ən məşhur müğənni pişiyindən yoxsul kasıb oğlan a ƏRƏ GEDİR FOTOlar

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Teylor Svift dünyanın kommersiya cəhətdən ən uğurlu ifaçılarından biridir. Müxtəlif illərdə onun sevgililəri arasında "Twilight" ulduzu Teylor Lotner, yeddi "Qremmi" mükafatı laureatı Con Meyer, "Oskar"a namizəd Ceyk Cillenhol, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin nəvəsi Konner və digər tanınmış simalar olub. Ancaq bütün bu sınaqlardan yalnız bir idmançı - NFL-in canlı əfsanəsi Trevis Kelsi keçə bilib.

Milli.Az bildirir ki, Trevis "Kansas-Siti Chiefs" klubunda çıxış edir və müasir dövrün ən yaxşı tayt-endlərindən biri hesab olunur. Trevisin üç çempionluq üzüyü var, o, dəfələrlə müxtəlif simvolik yığmalara salınıb, saysız-hesabsız rekordları var, hətta onu "Saturday Night Live" şousuna da dəvət ediblər. Ədalətli olsaq, Kelsi hələ Sviftlə münasibətlərindən əvvəl məşhur idi. Amma onların sevgisi ictimaiyyətə açılandan sonra Trevisin populyarlığı bütün sərhədləri aşdı.

Məsələn, Teylorun ilk dəfə "Chiefs" oyununun tribunalarında göründüyü həmin qarşılaşmadan sonra:

Kelsinin cərsi satışları 400% artdı;
futbolçunun sosial şəbəkələrdə izləyici sayı 400 min nəfər çoxaldı;
Trevisin qardaşı Ceysonla (o da futbolçudur) apardığı podkast Apple reytinqlərində birinci yerə çıxdı;
həmin "Chiefs" oyununu 24 milyondan çox insan izlədi.

Hər şey 2023-cü ildə başladı: Trevis Eras Tour çərçivəsində Teylorun konsertinə qatıldı. Futbolçu müğənniyə öz telefon nömrəsinin yazıldığı bir "dostluq qolbağı" vermək qərarına gəldi. Plan alınmadı və Kelsi bunu az sonra podkastında danışdı. Və bu, əslində düzgün addım oldu. Aylar sonra Teylor belə demişdi:

"Görünür, bu, 1973-cü ildə işləyərdi... Bu qədər düşünülməmiş, romantik jest idi, oğlan mənimlə görüşə bilmədi və bütün Amerikaya şikayətləndi. Mənim üçün bu, 80-ci illərin filmlərindəki səhnənin müasir versiyası kimi göründü: baş qəhrəman pəncərənin altında boombox-la dayanır: "Mənimlə görüşmək istəyirsən? Mən sənin üçün qolbaq düzəltdim! Gəl görüşək!" Mən də düşündüm ki, əgər bu oğlan dəli deyilsə, bu, gənclikdə mahnılar yazanda xəyal etdiyim şeydir".

Bir müddət sonra Teylor və Trevis Nyu-Yorkda görüşdülər. Və o vaxtdan bəri artıq ayrılmayıblar.

Sevgilisi sayəsində Teylor, öz etirafına görə, Amerika futbolunu anlamağa başladı. Trevis isə bir dəfə Sviftin şousunun bir parçasına çevrildi: Vembleydəki konsertdə Kelsi onunla səhnəyə çıxdı və "I Can Do It With a Broken Heart" nömrəsində iştirak etdi.

Müğənniyə yaxın mənbələrin dediyinə görə, məhz Kelsinin yanında Teylor çoxdan arzuladığı sabitliyi və inamı tapıb. Onların nişan postunda Teylor yazmışdı:

"Sənin ingilis dili müəllimən və sənin idman müəllimin evlənirlər."

Forbes-in hesablamalarına görə, Teylor və Trevisin ümumi sərvəti 1,67 milyard dollar təşkil edir ki, bu da onları ən nüfuzlu məşhur cütlüklərdən birinə çevirir. Doğrudur, bu məbləğin böyük hissəsi Teylora aiddir - idmançınınsərvəti "cəmi" 70 milyon dollar, halbuki Sviftin pişiyi Olivia Bensonun belə 97 milyon dolları var. Amma dollarları saymaq nəyə gərək - Trevis və Teylor bir-birilə xoşbəxtdirlər.  /Lent.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Sentyabr 2025 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri