Ən mükəmməl 6cı hiss hansı heyvandadır? | Icma.az
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Alimlər bütün heyvanlara məxsus ümumi xüsusiyyəti, yeni altıncı hissi kəşf ediblər.
Reyting.az-ın məlumatına görə, "Nature" jurnalında bununla bağlı elmi məqalə dərc olunub.Bildirilir ki, bu sahədə aparılmış araşdırmalar alimlərin əvvəllər qəbul edildiyi kimi, yalnız köçəri heyvanların mülkiyyəti olduğu ehtimal edilən maqnit qəbulu ilə bağlı ənənəvi baxışa qarşı çıxır.
Tədqiqat zamanı elm adamları meyvə milçəklərinin belə maqnit sahələrini hiss etdiyini aşkar edə biliblər.Mütəxəssislərin bildirdiyinə görə, milçəklərdəki bu qeyri-adi qabiliyyəti ilk dəfə 2015-ci ildə elm adamlarının maqnit sahələrinə reaksiya verən "MagR" adlı bir zülalı müəyyən etdikdə kəşf olunub.
Bu da milçəklərdə mükəmməl şəkildə inkişaf etmiş 6-cı hissin olduğunu sübuta yetirir.
Xatırladaq ki, 2024-cü ilin ortalarında alimlər üçün çox maraqlı detallar ortaya çıxıb.
Alimlər uzun illərlə araşdırılan bu mövzu ilə bağlı yeni tədqiqatlara start veriblər.
Araşdırmalar bir daha göstərib ki, kriptoxromlar kimi tanınan fotoreseptor zülalları belə qabiliyyətə malik olduqları üçün altıncı hissin formalaşdırılmasında əsas rol oynayır.
Tam oxu
Xəbəri oxu