Icma.az
close
up
RU
Ən mükəmməl 6cı hiss hansı heyvandadır?

Ən mükəmməl 6cı hiss hansı heyvandadır?

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Alimlər bütün heyvanlara məxsus ümumi xüsusiyyəti, yeni altıncı hissi kəşf ediblər. Reyting.az-ın məlumatına görə, "Nature" jurnalında bununla bağlı elmi məqalə dərc olunub.
Bildirilir ki, bu sahədə aparılmış araşdırmalar alimlərin əvvəllər qəbul edildiyi kimi, yalnız köçəri heyvanların mülkiyyəti olduğu ehtimal edilən maqnit qəbulu ilə bağlı ənənəvi baxışa qarşı çıxır. Tədqiqat zamanı elm adamları meyvə milçəklərinin belə maqnit sahələrini hiss etdiyini aşkar edə biliblər.
Mütəxəssislərin bildirdiyinə görə, milçəklərdəki bu qeyri-adi qabiliyyəti ilk dəfə 2015-ci ildə elm adamlarının maqnit sahələrinə reaksiya verən "MagR" adlı bir zülalı müəyyən etdikdə kəşf olunub. Bu da milçəklərdə mükəmməl şəkildə inkişaf etmiş 6-cı hissin olduğunu sübuta yetirir.
Xatırladaq ki, 2024-cü ilin ortalarında alimlər üçün çox maraqlı detallar ortaya çıxıb. Alimlər uzun illərlə araşdırılan bu mövzu ilə bağlı yeni tədqiqatlara start veriblər. Araşdırmalar bir daha göstərib ki, kriptoxromlar kimi tanınan fotoreseptor zülalları belə qabiliyyətə malik olduqları üçün altıncı hissin formalaşdırılmasında əsas rol oynayır.
Alimlər daha bir maraqlı məqama diqqət çəkiblər. Onların dediyinə görə, bununla belə, həmin bu zülallardan məhrum olan milçəklər flavin adenin dinukleotid (FAD) molekulu sayəsində çox güclü şəkildə maqnit sahələrini həssas hiss edə bilirlər ki, bu da milçəklərə daimi, həmçinin sadə hissetmə mexanizmini təklif edir.
Mütəxəssislər hazırda daha hansı növ həşəratlarlarda və heyvanlarda 6-cı hissin olduğunu araşdırırlar.
Tədqiqatçıların fikrincə, bu sahədəki bütün yeni kəşflər, həmçinin araşdırmalar maqnit sahələrinin canlı orqanizmlərə və həm də insanlara təsirinin daha dərindən başa düşülməsinə səbəb ola bilər. Ancaq elm adamlarını maraqlandıran başqa sual da var ki, o da meyvə milçəkləri adlanan növün bu qabiliyyətdən xüsusi məqsədlə bəhrələnməyi, yoxsa tamamilə anlaqsız şəkildə köçəri əcdadlardan miras qalmış instikt kimi sadəcə bir adətə çevirməkləri məsələsidir. Ümumilikdə, bir çox alimlərin fikrincə, yüksək inkişaf keçməklə, tam formalaşan altıncı hiss heyvan və həşəratlar arasında daha çox milçəklərdə güclüdür.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:375
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Yanvar 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri