Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Energetik içkilərin tərkibində kofein və digər stimullaşdırıcı maddələr olur.
Energetik içkilərin həddindən artıq istehlakı:
- ürək döyüntülərinin artmasına;
- qan təzyiqinin yüksəlməsinə;
- yuxusuzluğa;
- narahatlıq və əsəbiliyə səbəb ola bilər.
XQ xəbər verir ki, bu barədə AQTA-nın yaydığı məlumatda deyilir.
Yaşı 18 və yuxarı sağlam insanlar üçün gündəlik 400 mq-dan artıq kofein istehlakı tövsiyə edilmir.
Bununla yanaşı, kofeinə fərdi həssaslıq, yaş, hamiləlik və insanın sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır.
İstehlakçılara tövsiyə olunur:
- Energetik içkiləri həddindən artıq və tez-tez istehlak etməyin;
- Məhsulun üzərində göstərilən kofein miqdarına diqqət yetirin və gün ərzində müxtəlif mənbələrdən qəbul etdiyiniz ümumi kofein miqdarını nəzərə alın;
- Energetik içkiləri alkoqollu içkilərlə birlikdə qəbul etməyin;
- Ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və digər sağlamlıq problemləri olan şəxslər energetik içkilərdən istifadə etməzdən əvvəl həkim məsləhəti alsınlar.
Unutmayaq: Energetik içki adi sərinləşdirici içki deyil. Bu içkiləri istehlak edərkən onların tərkibinə, kofein miqdarına və etiketdə göstərilən xəbərdarlıqlara diqqət yetirmək vacibdir.
Etiketi oxuyun, kofein miqdarına diqqət edin, sağlamlığınızı qoruyun!