Energetika sisteminin inkişafında yeni bir mərhələ | Icma.az
Icma.az, Ses qazeti saytına istinadən bildirir. Bu günlərdə ölkənin energetika sahəsində daha bir əlamətdar tarix yazıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının açılışı oldu.
Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını bir daha göstərir.
Mingəçevirdə yerləşən “8 Noyabr” Elektrik Stansiyası yeni termik enerji layihəsidir.
Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir, ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 faizi buradan qarşılanır.
Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.
Bu layihə Azərbaycan üçün strateji sərmayədir, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi beynəlxalq əməkdaşlığın göstəricisidir.
Bu əməkdaşlıq həm də diplomatik və iqtisadi baxımdan əhəmiyyətlidir.
Tam oxu
Xəbəri oxu