Icma.az
close
up
RU
Energetika sisteminin inkişafında yeni bir mərhələ

Energetika sisteminin inkişafında yeni bir mərhələ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Bu günlərdə ölkənin energetika sahəsində daha bir əlamətdar tarix yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının açılışı oldu. Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını bir daha göstərir.

Mingəçevirdə yerləşən “8 Noyabr” Elektrik Stansiyası yeni termik enerji layihəsidir. Bu stansiya ilə Mingəçevir Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın enerji mərkəzi statusunu daha da gücləndirir, ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 40 faizi buradan qarşılanır. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.
Bu layihə Azərbaycan üçün strateji sərmayədir, həmçinin İtaliya və Çin şirkətlərinin bu layihəyə cəlb edilməsi beynəlxalq əməkdaşlığın göstəricisidir. Bu əməkdaşlıq həm də diplomatik və iqtisadi baxımdan əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında neft-qaz və enerji sahəsində dərin əməkdaşlıq münasibətləri mövcuddur. Çinlə isə yeni mərhələdə xüsusilə bərpaolunan enerji və texnoloji təchizat sahəsində genişmiqyaslı layihələrə start verilib. “8 Noyabr” Stansiyası bu iki ölkə ilə strateji tərəfdaşlığın konkret nəticəsi kimi çıxış edir və Azərbaycanın çoxşaxəli enerji siyasətinin uğurudur.
1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyasının cəmi iki il ərzində istifadəyə verilməsi yalnız mühəndislik baxımından deyil, layihə idarəçiliyi və resursların səmərəli təşkili baxımından da rekord göstəricidir. Belə böyük həcmdə generasiya gücünün bu qədər qısa müddətdə istismara verilməsi dünya miqyasında nadir hallarda rast gəlinən əlamətdar hadisədir. Stansiyaya “8 Noyabr” adının verilməsi təsadüfi deyil. Bu, Azərbaycanın şanlı Zəfər tarixinin – 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsinin simvoludur. Prezidentin şəxsi seçimi ilə verilmiş bu ad enerji infrastrukturunu təkcə iqtisadi resurs deyil, milli rəmzə çevirir. Bu, həm də gələcək nəsillərə ötürüləcək ideoloji və tarixi mesajdır.
Bütün bunlar isə Azərbaycanın energe¬tika sisteminin inkişafında yeni bir mərhələ¬nin başlandığını göstərir. Bu mərhələdə əsas diqqət ölkəmizin energetika sisteminin gələ¬cək fəaliyyətinə yönəldilir. Eyni zamanda, bu gün istifadəyə verilən energetika obyektləri Azərbaycanın enerji potensialını böyük dərə¬cədə gücləndirir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri