Enerji müttəfiqliyinin uğurlu platforması | Icma.az
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan-Türkiyə IV Enerji Forumunda yeni prioritet hədəflər müəyyənləşdirilib Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda karbohidrogen, neft-kimya, bərpaolunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə faydalı müzakirələr aparılıb.
Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiya çərçivəsində yaradılan Enerji Forumu ötən dövr ərzində iki ölkə arasında enerji sektorunun müxtəlif seqmentləri üzrə qarşıya qoyulmuş prinsipial məsələlərin həllində təşviqiedici rol oynamaqla, müştərək layihələrin icrasınnda əlaləndiricilyə və investisiya motivasiyalarına öz dərin töhfələrini verib.
Bu təsisat iki qardaş dövlətin enerji təmaslarının möhkəmlənməsində unikal platforma olmaqla yanaşı, regional enerji kommunikasiyalarının möhkəmlənməsində müsbət rol oynayıb.
Forumda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun vurğuladığı kimi Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlərdir.
Regional və qlobal ixrac marşrutlarının müəllifləri İki qardaş ölkə arasında iqtisadi münasibətlər tarixdə misli görünməmiş səviyyəyə yüksələrək enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilib.
Neft sazişləri ilə başlayan mükəmməl əməkdaşlıq platforması regional və qlobal ixrac marşrutlarının ərsəyə gəlməsinə, TANAP, TAP kimi nəhəng arteriyalarının işə düşməsinə səbəb olub.
Eyni zamanda, Azərbaycan Türkiyənin nəinki ən böyük enerji təchizatçısı kimi çıxış edərək qardaş ölkənin enerji sektoruna və iqtisadiyyatına ən böyük investisiya yatırıb, infrastruktur ekosistemini tamamilə yeniləşdirib.
Tam oxu
Xəbəri oxu