Icma.az
close
up
RU
Enerji müttəfiqliyinin uğurlu platforması

Enerji müttəfiqliyinin uğurlu platforması

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan-Türkiyə IV Enerji Forumunda yeni prioritet hədəflər müəyyənləşdirilib

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda karbohidrogen, neft-kimya, bərpaolunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə faydalı müzakirələr aparılıb.

Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiya çərçivəsində yaradılan Enerji Forumu ötən dövr ərzində iki ölkə arasında enerji sektorunun müxtəlif seqmentləri üzrə qarşıya qoyulmuş prinsipial məsələlərin həllində təşviqiedici rol oynamaqla, müştərək layihələrin icrasınnda əlaləndiricilyə və investisiya motivasiyalarına öz dərin töhfələrini verib. Bu təsisat iki qardaş dövlətin enerji təmaslarının möhkəmlənməsində unikal platforma olmaqla yanaşı, regional enerji kommunikasiyalarının möhkəmlənməsində müsbət rol oynayıb. Forumda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun vurğuladığı kimi  Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlərdir.

Regional və qlobal ixrac marşrutlarının müəllifləri

İki qardaş ölkə arasında iqtisadi münasibətlər tarixdə misli görünməmiş səviyyəyə yüksələrək enerji layihələrinin hərəkətverici qüvvəsinə çevrilib. Neft sazişləri ilə başlayan mükəmməl əməkdaşlıq platforması regional və qlobal ixrac marşrutlarının ərsəyə gəlməsinə, TANAP, TAP kimi nəhəng arteriyalarının işə düşməsinə səbəb olub. Eyni zamanda, Azərbaycan Türkiyənin nəinki ən böyük enerji təchizatçısı kimi çıxış edərək qardaş ölkənin enerji sektoruna və iqtisadiyyatına ən böyük investisiya yatırıb, infrastruktur ekosistemini tamamilə yeniləşdirib.

Azərbaycan və Türkiyə arasında enerji tərəfdsaşlığının ən nümunəvi formatı təbii qaz sahəsində sazişlıərin icrasıdır. Azərbaycan qaz nəqlinə başlayandan indiydək Türkiyəyə 120 milyard kub metrdən çox qaz ixrac edib. Bölgənin ən iri yanacaq nəql xətti olan TANAP və TAP-la Türkiyə üzərindən Avropaya 50 milyard kub metrdən artıq qaz nəql edilib. 2025-ci ilin 8 ayında Türkiyəyə birbaşa 6,6 milyard Azərbaycan qazı, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kub metr qaz çatdırılıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi həm də dostluq, həmrəylik konseptinə söykənir və bölgədə humanitar sıxıntılar yaşayan ölkələrin problemlərinin həllində də əsas faktor kimi çıxış edir. Bu mühüm amilin nümunəvi formalarından biri kimi Suriyanın enerji təhlükəsizliyində iki qardaş ölkənin töhfəverici dəstəyidir. Qaz nəqlinin başlandığı bir ay ərzində Suriyaya 60 milyon kub metr qaz göndərilib. Bu iqtisadi hadisə Azərbaycan və Türkiyənin Yaxın Şərqdə yeni enerji mərhələsini başlatmaqla, geosiyasi proseslərdə aktiv rolunu göstərir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər və körfəz dövlətləri blokunda yeni enerji alyansı formalaşması qaçılmazdır. Mövcud situasiyalar bir daha təsdiqləyir ki, Suriyaya qaz nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir.

Yeni geosiyasi reallıqlar fonunda dəyişən enerji xəritəsi

Azərbaycan və Türkiyə müasir enerji gündəliyinin yeni səhifələrini yazır. Ötən 30 illik sarsılmaz enerji tərəfdaşlığı hazırda dəyişən geosiyasi reallıqlar fonunda regional və qlobal miqyasda iki dövlətin mövqelərini gücləndirən yeni mərhələyə daxil olub. Belə ki, “İğdır-Naxçıvan” qaz kəmərinin istifadəyə verilməsi, TPAO şirkətinin “Şəfəq-Asiman” layihəsinə qoşulması, Suriyaya qaz tədarükünə başlanması, “yaşıl enerji interkonnektor”larının qurulması və Zəngəzur dəhlizi, yaxud “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə razılaşmaların əldə olunması enerji əlaqələrimizin yeni, daha güclü səhifəsini yazır. Zəngəzur dəhlizinin açılması və dəhlizin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisi bu transmilli nəhənd nəqliyyat arteriyasının qollarını daha da genişləndirəcək və Azərbaycan və Türkiyə beynəlxalq nəqliyyat dəhlizlərinin Orta-Mərkəzi xəttinə çevriləcək.

Zəngəzur dəhlizi, həmçinin Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də “yaşıl enerji”nin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını təmin edəcək strateji marşrut kimi də mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında elektrik bağlantılarının yaradılması da bu ümumi strategiyanın tərkib hissəsi olmaqla, “yaşıl enerji”nin ixracı və tranziti üzrə Naxçıvan, Zəngəzur marşrutlarını birləşdirəcək. Yeni enerji layihələri Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edəcək. Eyni zamanda, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektorun tamamlanması regionda qarşılıqlı enerji mübadiləsi zəncirini formalaşdıracaq.

İki qardaş ölkənin yaratdığı “yaşıl enerji” ittifaqı

Azərbaycan-Türkiyə əməkdaşlığının yeni şaxələrindən biri də “yaşıl enerji” ittifaqında iki qardaşın xüsusi fəal təşəbbüskarlığının artmasıdır. Azərbaycan dövlətinin müəyyən etdiyi bərpaolunan enerji strategiyasının gerçəkləşməsində Türkiyə şirkətləri yaxından iştirak edir, ələlxüsus da azad edilmiş ərazilərdə hidrogen və yaşıl resursların istehsalı və emalı proseslərində müştərək addımlar atır. Türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası, həmçinin Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihələri “yaşıl enerji” istehsalında əhəmiyyətli rol oynayır. Həmçinin, Naxçıvandakı bərpaolunan enerjinin istehsalı və istismarı, ötürülməsi proseslərində də Türkiyə investorları aparıcı yer tutmaqla enerji tənzimlənməsində əməkdaşlığı təşviq etməkdədir. Qardaş ölkənin nəhəng enerji holdinqi olan “Nordex Qrup” Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı və ixracı layihələrinə qoşulmaq barədə niyyətini bildirib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin vurğuladığı kimi, hər iki ölkə müasir enerjiyə keçidi sahəsində əməkdaşlığı artırmaqla təmiz enerji hədəflərində birgə layihələrin miqyasını artırmaqda qərarlıdır. Bu layihələr alternativ enerjinin ötürmə və paylanması, enerji ekosisteminin tənzimlənməsi və bərpaolunan enerjinin effektivlik əmsalının səmərəliliyinin artması, yeni mədən texnologiyalarının tətbiqinin genişlənməsində uğurlu nəticələr verəcək.

Enerji forumları gələcəyə doğru istiqamətləri müəyyənləşdirir

Ümumiyyətlə, Türkiyə və Azərbaycanın iqtisadi strategiyaları bir-birini tamamlayır, bir vahid konsepsiyaya söykənir, yeni inkişaf xəttinə uyğun olaraq tərəflər enerji, nəqliyyat, investisiya və digər sahələrdə təşviqedici və birgə milli iqtisadi maraq və mənafelərə uyğun platforma qurmaqdadır. Bu unikal enerji birliyi və keçirilən enerji forumları həm regional səviyyədə, həm də ikitərəfli istiqamətdə ölkələrin enerji siyasətini və əməkdaşlığını gələcəyə doğru istiqamətləndirmək mahiyyəti daşıyır.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın bəyan etdiyi kimi  Türkiyə və Azərbaycan sahib olduqları geostrateji mövqe, zəngin təbii sərvətlər və inkişaf etmiş infrastrukturla bir-birini tamamlayan rollar oynayır, eyni zamanda regional və qlobal enerji təchizatının təhlükəsizliyinə mühüm töhfələr verirlər. Yeri gəlmişkən, Türkiyə Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ”, “Dostluq” yataqlarında və “D230” sahəsində əməkdaşlığı gücləndirməyi əsas hədəflərindən biri hesab edir və ortaq layihələr hər iki ölkə ilə yanaşı, digər dövlətlərin də enerji təhlükəsizliyini gücləndirəcək.

Qeyd edək ki, Türkiyə-Azərbaycan IV Enerji Forumunun yekun protokolu imzalanıb ki, bu sənəd strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə qarşıdakı yeni prioritet hədəfləri nəzərdə tutur.

Bir sözlə, Azərbaycan-Türkiyə enerji birliyi uzunmüddətli enerji təhlükəsizliyinin təminatçısı kimi regional arxitekturanın dayanıqlı inkişafına və daha da möhkəmlənməsinə dərin töhfələr verəcək.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1346

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see244

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see229

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see220

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see217

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see211

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see206

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see203

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see202

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see199

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see199

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see192

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see185

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see179

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see170

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see163

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see159

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see155

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see153

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri