Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. “Azərbaycanın enerji tərəfdaşları ənənəyə uyğun olaraq növbəti dəfə Bakıda toplandı.
Iyunun 2-də öz işinə başlayan 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti bir araya gətirdi.
Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, bugünkü və gələcək uğurlarında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”ndən öncə 1994-cü ildə keçirilən ilk Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın enerji imkanlarının dünyaya təqdimatı oldu.
Həmin vaxtdan ötən 31 ilin ölkəmizin enerji tarixinə hansı uğurları yazdığı göz qabağındadır.
Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi.
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u ölkəmizin enerji diplomatiyasının uğurlarını bir daha beynəlxalq ictimaiyyətə təqdim edir.
İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın bu gün hazırda beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerinə və mövqeyinə işıq salır.