Icma.az
close
up
RU
Enerji siyasəti iqtisadi və siyasi uğurlarımızın aparıcı qüvvəsidir

Enerji siyasəti iqtisadi və siyasi uğurlarımızın aparıcı qüvvəsidir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Azərbaycanın enerji tərəfdaşları ənənəyə uyğun olaraq növbəti dəfə Bakıda toplandı. Iyunun 2-də öz işinə başlayan 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u  Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirən yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkəti  bir araya gətirdi. Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, bugünkü və gələcək uğurlarında əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”ndən öncə 1994-cü ildə keçirilən ilk Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın enerji imkanlarının dünyaya təqdimatı oldu. Həmin vaxtdan ötən 31 ilin ölkəmizin enerji tarixinə hansı uğurları yazdığı göz qabağındadır. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi.  30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u ölkəmizin enerji diplomatiyasının uğurlarını bir daha beynəlxalq ictimaiyyətə təqdim edir. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın bu gün hazırda beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerinə və mövqeyinə işıq salır. Yubiley tədbirinin açılış mərasimində Böyük Britaniyanın “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord bu məqamı xüsusi qeyd etdi ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk cəsarətli addımlarını atdı. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf etdi. O vaxtdan bəri Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrildi”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev yubiley tədbirinin açılış mərasimində Azərbaycanın 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək keçdiyi inkişaf yolunun təhlilini verdi: “Bir daha vurğulandı ki, bunlar Ulu Öndər  Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. Həmin dövrdə Ümummilli Lider dünya təcrübəsinə əsaslanaraq bu çağırışı səsləndirmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu reallıq da xüsusi qeyd edilmişdir ki, enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, çünki bu gün həmin dövrə nəzər salanda müstəqillik uğrunda yolun həmin tarixi məqamdan başlandığı aydın olur. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün enerji siyasətimizin iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsi olduğunu görürük”.

Malik Həsənov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır: “Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu günbəgün artıran Azərbaycan tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etdi. Açıq dənizə çıxışı olmayan ölkə olmasına  baxmayaraq,  Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrildi. Ölkəmiz  infrastruktur layihələrinə çox böyük sərmayə yatırdı. Əməkdaşlığın coğrafiyası genişləndi. Regional çərçivədə başlanan əməkdaşlıq beynəlxalq miqyas alıb. Görülən işlərin zirvəsində dayanan Cənub Qaz Dəhlizi reallığa çevrildi. Bu gün onun əsas seqmentləri olan TANAP-ın və TAP-ın genişləndirilməsindən bəhs edilir. Azərbaycanın qarşısına qoyduğu hədəflərdən biri yeni körpülərin qurulmasıdır. Ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi tanınır”.

Millət vəkili ötən Bakı Enerji Həftəsindən bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurlara diqqəti yönəldərək bildirib ki, o zaman səkkiz ölkəyə təbii qaz ixrac edirdik: “Bu gün isə həmin ölkələrin sayı 12-yə çatıb. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, hələ də son deyil. İxrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük. Enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və Azərbaycan hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirir. Çünki bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir”.

Malik Həsənov son bir ilin uğurları sırasında Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyini bildirib: “Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensiala malikdir. Bu sahədə də əməkdaşlığa xüsusi önəm verir. Dövlət başçısı İlham Əliyev yubiley tədbirinin açılış mərasimindəki çıxışında diqqəti Azərbaycanın yaşıl enerji gündəliyinə yönəltdi. Bildirdi ki, ötən il Bakı Enerji Həftəsi çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaq. Biz bu yol ilə irəliləyirik.

COP29 enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan ölkə kimi nüfuz qazanan Azərbaycanın tədbirə yüksək səviyyədə ev sahibliyi və uğurlu nəticələrin əldə olunması ilə tarixə yazıldı. Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulmasını qarşıya əsas hədəf kimi qoyan ölkəmiz buna nail oldu”.

Millət vəkili qeyd edib ki, son 21 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların miqyası genişdir: “Enerji sektoru əməkdaşlıq əlaqələrinin qurulmasında əsas amillərdən biridir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması beynəlxalq səviyyədə təqdir edilir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır”.   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see272

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see229

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see216

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see177

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see177

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see147

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see142

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see141

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see133

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see131

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see129

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see126

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see125

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see123

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see120

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see119

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri