Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qarabağda döyüşlər başlayan gündən dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olub və torpaqlarımızı qoruyan könüllülərə, ordu heyətinə mənəvi dayaq durmağa çalışıb.
1988-1994-cü illərdə Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan, Şuşa, Cəbrayıl, Xocalı, Ağdərə, Kəlbəcər, Qazax, Tovuz və Gədəbəyə dəfələrlə səfər edib.
Şahidi olduğu hadisələr, döyüşçülərin vəziyyəti, problemləri ilə bağlı yazılarını, canlı döyüş hekayətlərini çoxsaylı mətbu orqanlarda dərc etdirib.
Hospitallarda müalicə olunan yaralı əsgər və zabitlərimizə, şəhid ailələrinə baş çəkib, qayğılarını bölüşüb...
Deyir ki:- “Bir var alın yazısı, biri də var özün yazdıqların.
Yəni, iradənlə, qətiyyətinlə, əzminlə, istəyinlə əldə etdiklərin, qazandıqların.
Və bunlar səni taleyini yenidən yazmağa, dəyişməyə, başqa səmtə yönləndirməyə, səni özün kimi var olmağa kömək edir...” Əməkdar jurnalist, yazıçı, alim Zemfira Məhərrəmli yazır: “Onun imzasını və səsini ilk dəfə radio dalğalarından dinlədim.