Icma.az
close
up
RU
Menu

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Millimiz Kəpəz lə qarşılaşacaq

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Əntiqə xasiyyəti olan Əntiqə xanım...

Əntiqə xasiyyəti olan Əntiqə xanım...

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qarabağda döyüşlər başlayan gündən dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olub və torpaqlarımızı qoruyan könüllülərə, ordu heyətinə mənəvi dayaq durmağa çalışıb. 1988-1994-cü illərdə Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan, Şuşa, Cəbrayıl, Xocalı, Ağdərə, Kəlbəcər, Qazax, Tovuz və Gədəbəyə dəfələrlə səfər edib. Şahidi olduğu hadisələr, döyüşçülərin vəziyyəti, problemləri ilə bağlı yazılarını, canlı döyüş hekayətlərini çoxsaylı mətbu orqanlarda dərc etdirib. Hospitallarda müalicə olunan yaralı əsgər və zabitlərimizə, şəhid ailələrinə baş çəkib, qayğılarını bölüşüb...

Deyir ki:- “Bir var alın yazısı, biri də var özün yazdıqların. Yəni, iradənlə, qətiyyətinlə, əzminlə, istəyinlə əldə etdiklərin, qazandıqların. Və bunlar səni taleyini yenidən yazmağa, dəyişməyə, başqa səmtə yönləndirməyə, səni özün kimi var olmağa kömək edir...”

Əməkdar jurnalist, yazıçı, alim Zemfira Məhərrəmli yazır: “Onun imzasını və səsini ilk dəfə radio dalğalarından dinlədim. Çox maraqlı və rəngarəng müəllif verilişləri vardı. Tanışlığımız isə Respublika Qadınlar Cəmiyyətində oldu. Hər ikimiz ölkənin ictimai həyatında iştirak edir, bu qurumun mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərirdik. Fəal qadınlarla bərabər dəfələrlə ön cəbhədə döyüşən hərbçilərimizə sovqat - ərzaq, geyim əşyaları, müxtəlif gündəlik tələbat malları aparırdıq. Onlarca şəhid ailəsini himayəyə götürərək onların problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırır və həllinə nail olurduq. Müharibənin ağrı-acısını bu günə qədər qəlbində daşıyan yüzlərlə insanla, ailələrlə dostluq əlaqələrini davam etdirir, nisgilli insanların xeyir-şərində yanlarında olmağa çalışırıq. Qocalar və uşaq evlərinə, internatlara, əqli zəif uşaqlara baş çəkərək, onlara maddi və mənəvi dəstək olurduq. Bu, bizim birgə fəaliyyətimizdən kiçik bir ştrixdir.”

Bəli, bugünkü söhbətimin qəhrəmanı Əməkdar jurnalist Əntiqə Qonaqdır. O, Xaçmaz rayonunun Maqsudkənd kəndində dünyaya gəlib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini, 2010-cu ildə isə Hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən başlayaraq Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin “Gənclik verilişləri baş redaksiyası”nda müəllif proqramları ilə dinləyicilərin və tamaşaçıların qarşısına çıxıb. "Magistral" qəzetində korrektor, müxbir, "Həyat" qəzetində baş müxbir, "Biznes" qəzetində şöbə müdiri, "Azərbaycan" qəzetində müxbir işləyib, "Ana" müstəqil qadın qəzetinin təsisçisi və baş redaktoru olub. 2001-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində çalışıb...

Təbiətcə çox məsuliyyətli adamdır. Maraqlandığı mövzunu diqqətlə araşdırmasa sakitləşmir. Emosional və çılğındır. Azadlığına məhdudiyyət qoyulmasını xoşlamır. Xüsusi xarakterə malik insandır. Olduqca qərarlıdır və əldə etmək istədiklərinə mütləq sahib olur. Bu xüsusiyyətlərini uzun müddət onu tanıyan dostları yaxşı bilirlər. Hər kəslə yaxşı yola getməyi bacarır. Mehriban və dostcanlıdır. Elə bu səbəbdən də yaxınları, tanışları tərəfindən çox sevilir...

Zemfira xanım Məhərrəmli onun haqqında daha sonra deyir: “Əntiqə xanım həm də gözəl dostdur, sadiq yoldaşdır, dərddaşdır, xeyirxah insandır. Həmişə qarşısındakını özündən öndə bilib, onun problemini, dərdini özününküləşdirib. Buna görə də çox vaxt öz çətinliklərini belə unudub. Köməyə ehtiyacı olan insanların vaxtında yanında olmaq, onlara bacardığı kimi yardım etmək, qəlbindən keçən ən ülvi arzuları bildirmək. Nə gözəlmiş, elə deyilmi? Əntiqə deyir ki, bir qadın kimi, ailə qurmaq, təmənnasız sevgiylə övladlarına bağlı ana olmaq bir borcdur. Bunlarla yanaşı, həm də əsas olan cəmiyyətdə tutduğun mövqe və sağlam düşüncənlə dövlətinə və xalqına verdiyin xeyirdir.”

Cəmiyyətdə məntiqi davranışı ilə tanınır. Heç kimin işinə, şəxsi həyatına qarışmağı sevmir. Təbiiliyi sevir və bununla ətrafdakıları özünə heyran etməyi bacarır. Çox səxavətlidir, necə deyərlər, bəzən bədxərclik də edir. Daxilində liderlik ruhu yaşadır. Bu ruhun sayəsində bir çox işlərdə uğur qazanır. İş həyatına gəldikdə isə yeniliklərə açıqdır. Ümumi işlərdə bacarıqlı, nizamlı və intizamlıdır. Xoşu gəlmədiyi insanlarla ünsiyyətdə olmağı xoşlamır...

"Müharibələr həmişə dəhşətləriylə, faciələriylə, səfalət və xarabalıqlarıyla, ölüm və itkiləriylə, ağrı-acılarıyla, viranəlikləriylə, ürəklərdə açdığı əbədi yaraları ilə müşaiyət olunub. Müharibənin canlı şahidi olmaq normal yaşam alışqanlıqlarını bircə anda unutmaq deməkdi. İllər boyu özün üçün, doğmaların üçün yaratdığın düzənin bircə anda pozulması deməkdi. Canının bir parçası olan əzizlərinin bircə anda, gözünün qarşısında məhv olması deməkdi. Keçmişinin, bu gününün, gələcəyinin bircə anda yox olması deməkdi. Arzularının, xəyallarının alt-üst olması deməkdi. Havasızlıq deməkdi, boğulma deməkdi, yaşaya-yaşaya ölmək deməkdi, həm də ölmək istədiyində ölə bilməməkdi, çarəsizlik, ümidsizlik… deməkdi."- söyləyir.

Yanvarın 21-i Əntiqə xanımın növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Yanvar 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see325

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see297

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see277

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see274

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see232

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see228

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see206

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see200

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see199

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see197

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see196

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see195

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see191

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see191

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see189

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see189

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see186

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see173

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see170

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri