Epointda Pulqabı ödənişləri! Bütün ödənişlər bir yerdə | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Epoint platformasında bizneslər üçün yeni imkanlar təqdim edilir!
Epoint-a qoşulan sahibkarlar və hüquqi şəxslər, ödənişləri kart ödənişlərindən əlavə, M10, Portmanat, Epul elektron pulqabıları və Birbank mobil tətbiqi vasitəsilə vahid bir platformada qəbul edə biləcəklər.
Bu yenilik müştərilərimiz üçün əlavə rahatlıq yaradaraq, ödəniş prosesini daha əlçatan edir.
Elektron Pulqabı ilə Ödənişlərin Üstünlükləri Rahatlıq və əlçatanlıq: Elektron pulqabılar müştərilərinizə ödənişləri istənilən yerdən və istənilən vaxt tez və rahat həyata keçirmək imkanı təqdim edir.
Bu texnologiya, xüsusən mobil cihazlar vasitəsilə alış-veriş edənlər üçün böyük üstünlükdür, müştərilərin gözləntilərinə tam cavab verir.
Ehtiyat ödəniş vasitəsi: Digər ödəniş üsulları əlçatan olmadıqda, elektron pulqabılar müasir və təhlükəsiz alternativ kimi çıxış edir.
Bu, müştərilər üçün daha çox seçim imkanı yaradır və bizneslərin müştəri məmnuniyyətini artırmasına kömək edir.
Təhlükəsizlik və məlumatların qorunması: Epoint platformasında elektron pulqabılar vasitəsilə həyata keçirilən bütün ödənişlər qabaqcıl şifrələmə texnologiyaları ilə qorunur.
Tam oxu
Xəbəri oxu