Icma.az
close
up
RU
Epointda Pulqabı ödənişləri! Bütün ödənişlər bir yerdə

Epointda Pulqabı ödənişləri! Bütün ödənişlər bir yerdə

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Epoint platformasında bizneslər üçün yeni imkanlar təqdim edilir! Epoint-a qoşulan sahibkarlar və hüquqi şəxslər, ödənişləri kart ödənişlərindən əlavə, M10, Portmanat, Epul elektron pulqabıları və Birbank mobil tətbiqi vasitəsilə vahid bir platformada qəbul edə biləcəklər. Bu yenilik müştərilərimiz üçün əlavə rahatlıq yaradaraq, ödəniş prosesini daha əlçatan edir.

Elektron Pulqabı ilə Ödənişlərin Üstünlükləri

Rahatlıq və əlçatanlıq:

Elektron pulqabılar müştərilərinizə ödənişləri istənilən yerdən və istənilən vaxt tez və rahat həyata keçirmək imkanı təqdim edir. Bu texnologiya, xüsusən mobil cihazlar vasitəsilə alış-veriş edənlər üçün böyük üstünlükdür, müştərilərin gözləntilərinə tam cavab verir.

Ehtiyat ödəniş vasitəsi:

Digər ödəniş üsulları əlçatan olmadıqda, elektron pulqabılar müasir və təhlükəsiz alternativ kimi çıxış edir. Bu, müştərilər üçün daha çox seçim imkanı yaradır və bizneslərin müştəri məmnuniyyətini artırmasına kömək edir.

Təhlükəsizlik və məlumatların qorunması:

Epoint platformasında elektron pulqabılar vasitəsilə həyata keçirilən bütün ödənişlər qabaqcıl şifrələmə texnologiyaları ilə qorunur. Bu, müştərilərinizin maliyyə məlumatlarının təhlükəsizliyini təmin etməklə yanaşı, onlara inam yaradır və ödəniş prosesini daha etibarlı edir.

Texnoloji çeviklik:

Epoint platforması müxtəlif elektron pulqabıları dəstəkləyir və bu, bizneslərin dəyişən müştəri ehtiyaclarına tez uyğunlaşmasını təmin edir. Elektron pulqabılar həm də ödəniş proseslərini daha müasir və praktiki edir.

Əməliyyat xərclərinin azalması:

Epoint olaraq, biz bizneslərə hər zaman müştərilərinin tələblərinə cavab verən ən müasir həllər təqdim etməyə çalışırıq. Elektron pulqabı vasitəsilə ödənişlərin qəbul edilməsi bu strategiyanın bir hissəsidir. Elektron pulqabılar daha az komissiya ilə ödənişləri emal etməyə imkan verir, bu da biznes üçün iqtisadi fayda yaradır. Artıq bizneslər daha çox müştəri cəlb edə, dövriyyələrini artıra və müştərilərinə daha yaxşı xidmət göstərə bilərlər.

"Epoint hər zaman innovativ həllər təqdim etməyi hədəfləyir. Bizim məqsədimiz, bazarda olan bütün ödəniş üsullarını vahid bir platformada mərkəzləşdirib müştərilərimizə rahat qoşulmanı təmin etməkdir. Biz ölkədə ilk dəfə olaraq omnikanal ödənişlərinin tətbiqini bazara təklif edirik. Bu müştərilərimizin həm xərclərini azaltmaq, həm sürətli və keyfiyyətli xidmət almaq, həm də banklardan birbaşa asılığı azaldaraq, müstəqil xidmətlərdən istifadə etmək imkanları yaradır. Elektron pulqabı ödənişlərinin Epoint platformasına inteqrasiyası müştərilərimizin istəklərini nəzərə alaraq həyata keçirilmiş bir addımdır. Bu yenilik, xüsusilə sürətli və alternativ ödəniş üsullarına ehtiyac duyan müştərilər üçün ideal həll yoludur. Biz müştərilərimizin ödəniş prosesini rahat, sürətli və təhlükəsiz etməyi davam etdirəcəyik, " — Epoint Inc. şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə bildirdi.
Daha çox məlumat üçün:
Veb-sayt: epoint.az
Telefon: +99470 242 99 66
E-poçt: [email protected]

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Dekabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri