Epşteyn qalmaqalı: Cəsədin boynunda dırnaq izləri tapıldı

17.11.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Cinsi istismar cinayətlərinə görə həbsdə olan olmuş maliyyəçi Cefri Epşteynin ölümünə dair yeni iddia ortaya atılıb.

“Yeni Sabah” xəbər verir ki, amerikalı məhkəmə-tibb eksperti Maykl Friman Epşteynin yarılma sənədlərini araşdırdıqdan sonra onun intihar etmədiyi, öldürüldüyü qənaətinə gəldiyini bildirib.

Onun sözlərinə görə, maliyyəçinin boynundakı ilgək izinin üzərində dırnaq cızıqlarına bənzər izlər aşkarlanıb. Friman edir ki, bu izlər mərhumun boğazındakı bağı çıxarmağa çalışması ilə əlaqəli ola bilər. Ekspert mərhumun çiynindəki qanaxma və üzündəki xəsarətlərin hücum ehtimalını gücləndirdiyini iddia edib. İnternetdən sifariş

Friman araşdırmasını Epşteynin qardaşı Markdan aldığı yarılma sənədləri və fotolar əsasında aparıb. Bununla belə, Nyu-York Məhkəmə-Tibb Ekspertizası İdarəsi 2019-cu ildə Epşteynin ölümünün intihar olduğu qənaətinə gəlib və rəsmi nəticə dəyişməyib.

Aydan Hacı  


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью