Epşteyn qalmaqalı: Cəsədin boynunda dırnaq izləri tapıldı
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Cinsi istismar cinayətlərinə görə həbsdə olan olmuş maliyyəçi Cefri Epşteynin ölümünə dair yeni iddia ortaya atılıb.
“Yeni Sabah” xəbər verir ki, amerikalı məhkəmə-tibb eksperti Maykl Friman Epşteynin yarılma sənədlərini araşdırdıqdan sonra onun intihar etmədiyi, öldürüldüyü qənaətinə gəldiyini bildirib.
Onun sözlərinə görə, maliyyəçinin boynundakı ilgək izinin üzərində dırnaq cızıqlarına bənzər izlər aşkarlanıb. Friman edir ki, bu izlər mərhumun boğazındakı bağı çıxarmağa çalışması ilə əlaqəli ola bilər. Ekspert mərhumun çiynindəki qanaxma və üzündəki xəsarətlərin hücum ehtimalını gücləndirdiyini iddia edib. İnternetdən sifariş
Friman araşdırmasını Epşteynin qardaşı Markdan aldığı yarılma sənədləri və fotolar əsasında aparıb. Bununla belə, Nyu-York Məhkəmə-Tibb Ekspertizası İdarəsi 2019-cu ildə Epşteynin ölümünün intihar olduğu qənaətinə gəlib və rəsmi nəticə dəyişməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Noyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















