Ər Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb

24.11.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 23 noyabr, AZƏRTAC

Bu gün Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb. İki gün davam edəcək tədbir Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun himayəsi altında keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda 40 ölkədən nazirlər, ekspertlər, hüquqşünaslar, ümumilikdə 4000 nümayəndə iştirak edir.

Konfransda məhkəmə keyfiyyəti sahəsində beynəlxalq təcrübələr nəzərdən keçiriləcək və təkmilləşdirmə üçün ən yaxşı nümunələr müzakirə olunacaq. Tədbir çərçivəsində 50-dən çox natiq 8 panel iclasında fikirlərini bölüşəcəklər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью