Ər Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qahirə, 23 noyabr, AZƏRTAC
Bu gün Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransı işinə başlayıb. İki gün davam edəcək tədbir Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun himayəsi altında keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda 40 ölkədən nazirlər, ekspertlər, hüquqşünaslar, ümumilikdə 4000 nümayəndə iştirak edir.
Konfransda məhkəmə keyfiyyəti sahəsində beynəlxalq təcrübələr nəzərdən keçiriləcək və təkmilləşdirmə üçün ən yaxşı nümunələr müzakirə olunacaq. Tədbir çərçivəsində 50-dən çox natiq 8 panel iclasında fikirlərini bölüşəcəklər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:Ər Riyadda II Beynəlxalq Əmək Bazarı Konfransı keçiriləcək
29 Yanvar 2025 04:44
Ər Riyadda 9 cu “Gələcək investisiya təşəbbüsü” konfransı keçiriləcək
20 Oktyabr 2025 23:13
Ər Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək
14 Sentyabr 2026 22:04
Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başlayıb
07 Dekabr 2024 10:42
Baxış sayı:105
Bu xəbər 24 Noyabr 2025 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















