Əraqçi İranın nüvə doktrinasının dəyişməyəcəyi fikrindədir

18.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İranın nüvə doktrinası həmişə sülh xarakterli olub.

"Cebheinfo.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib.

“Həmişə çalışmışıq və elə indi də çalışırıq ki, dinc nüvə enerjisindən istifadə edək”, - nazir bildirib.

Əraqçi yeni Ali Rəhbərin hələlik məsələ ilə bağlı öz fikrini açıq şəkildə bildirmədiyini vurğulayıb.

O qeyd edib ki, Müctəba Xameneinin nüvə doktrinası ilə bağlı siyasi və fiqhi yanaşması barədə fikir bildirmək mövqeyində deyil.

“Nüvə haqqında fətva onu verənin qərarından asılıdır. Amma şəxsi düşüncəm budur ki, yeni Ali Rəhbərin nüvə ilə bağlı mövqeyi həmişəki siyasətimizdən çox da fərqli olmayacaq. Gözləməli və görməliyik ki, onun bu barədə fikri nədir”, - Əraqçi əlavə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью