Əraqçi İranın nüvə doktrinasının dəyişməyəcəyi fikrindədir
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İranın nüvə doktrinası həmişə sülh xarakterli olub.
"Cebheinfo.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib.
“Həmişə çalışmışıq və elə indi də çalışırıq ki, dinc nüvə enerjisindən istifadə edək”, - nazir bildirib.
Əraqçi yeni Ali Rəhbərin hələlik məsələ ilə bağlı öz fikrini açıq şəkildə bildirmədiyini vurğulayıb.
O qeyd edib ki, Müctəba Xameneinin nüvə doktrinası ilə bağlı siyasi və fiqhi yanaşması barədə fikir bildirmək mövqeyində deyil.
“Nüvə haqqında fətva onu verənin qərarından asılıdır. Amma şəxsi düşüncəm budur ki, yeni Ali Rəhbərin nüvə ilə bağlı mövqeyi həmişəki siyasətimizdən çox da fərqli olmayacaq. Gözləməli və görməliyik ki, onun bu barədə fikri nədir”, - Əraqçi əlavə edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 18 Mart 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















