Ərdəbildə şəhərdaxili hərbi təlim keçiriləcək | Icma.az
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən. Yanvar ayının 19-da SEPAH və ona bağlı "Bəsic" (könüllülər ordusu) üzvlərinin iştirakı il
Gunaz.tv Bu barədə SEPAH-ın Ərdəbil əyalətindəki "Həzrət Abbas" qərargaının komandiri Qulamhüseyn Məhəmmədi Əsl məlumat verib.
"SEPAH-ın 12 min nəfərlik təlimi "Bəsic" üzvlərinin hər cür təhdidlərə qarşı hərtərəfli hazır olmasını və gücünü nümayiş etdirmək məqsədi ilə keçiriləcək",- o bildirib.
Qeyd edək ki, bu, SEPAH-ın bir neçə gün əvvəl Tehranda keçirdiyi təlimdən sonra ikinci şəhərdaxili geniş miqyaslı təlimdir.
Tehranda 110 min SEPAH və "Bəsic" üzvünün keçirdiyi təlimdən məqsədin paytaxtın təhlükəsizliyinin təmininə hazırlıq olduğu bildirilmişdi.
Ekspertlər bu səviyyədə şəhərdaxili təlimlərin keçirilməsini Tehran rejiminin şəhərlərdə etiraz aksiyalarının başlanmasından ehtiyat etməsi ilə əlaqələndirirlər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu