Ərdəbildə şəhərdaxili hərbi təlim keçiriləcək
Yanvar ayının 19-da SEPAH və ona bağlı "Bəsic" (könüllülər ordusu) üzvlərinin iştirakı ilə 12 min nəfərlik təlim keçirəcək.
Gunaz.tv
Bu barədə SEPAH-ın Ərdəbil əyalətindəki "Həzrət Abbas" qərargaının komandiri Qulamhüseyn Məhəmmədi Əsl məlumat verib.
"SEPAH-ın 12 min nəfərlik təlimi "Bəsic" üzvlərinin hər cür təhdidlərə qarşı hərtərəfli hazır olmasını və gücünü nümayiş etdirmək məqsədi ilə keçiriləcək",- o bildirib.
Qeyd edək ki, bu, SEPAH-ın bir neçə gün əvvəl Tehranda keçirdiyi təlimdən sonra ikinci şəhərdaxili geniş miqyaslı təlimdir.
Tehranda 110 min SEPAH və "Bəsic" üzvünün keçirdiyi təlimdən məqsədin paytaxtın təhlükəsizliyinin təmininə hazırlıq olduğu bildirilmişdi.
Ekspertlər bu səviyyədə şəhərdaxili təlimlərin keçirilməsini Tehran rejiminin şəhərlərdə etiraz aksiyalarının başlanmasından ehtiyat etməsi ilə əlaqələndirirlər.