Ərdoğan Azərbaycana gəlir Gündəlikdə olan mövzular AÇIQLANDI | Icma.az
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı bu il Azərbaycanda keçiri
12-ci Zirvə Toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq.
Zirvə görüşünün hansı şəhərdə baş tutacağı qeyd edilməsə də, bundan əvvəl mətbuatda görüşün Qəbələ şəhərində keçiriləcəyi barədə xəbər yayılıb.
Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partisyasından olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
O qeyd edib ki, Ərdoğan səfər zamanı Qəzzadakı vəziyyət barədə müzakirələr aparacaq: "Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısında da bu məsələni gündəmə gətirdi.
Sentyabrda BMT-nin topantısı olacaq. Cənab Prezident bu məsələni orada da yüksək səslə dilə gətirəcək".
Şamil Ayrımın sözlərinə görə, Zəngəzur dəhlizi gündəmin əsas mövzusu olacaq: "Qafqazda dialoq mühiti davam edir.
Xüsusilə də, Ermənistanla Azərbaycan arasında dialoq, ABŞ-nin məsələyə daxil olması, Türkiyənin burada mühüm rol oynaması - bütün bunlara baxdıqda təbii ki, gündəmdə olacaq mövzuları içərisində Zəngəzur dəhlizi olacaq.
Tam oxu
Xəbəri oxu